Yapon
firması “Sony” bir çox texnoloji avadanlıqlar istehsal etməklə, bazarda xətri
sayılacaq müştəriyə sahibdir.
Smartfon,
kamera, televizor ilə yanaşı oyun konsolları
da hazırlayan bu dünya markasının, tezliklə, yeni “Playstation 5”-i satışa buraxacağı
məlum olub.
Bildiyiniz
kimi bu oyun konsolu 90-cı ilin ortalarından satışdadır. Bugünlərdə isə “Sony” öz
səhifəsindən tezliklə yeni “Playstation 5” konsulunun təqdimatı olacağını bildirib.
“PS5” iş elanı ilə “ifşa” oldu
“Sony” iş
elanları vasitəsi ilə yeni satış personalları axtardığını da açıqlayıb.
Bu
elanları diqqətlə araşdırdıqda “PS5”-in məhz payız aylarında satışa
buraxılacağını ehtimal etmək mümkündür.
Xatırladaq
ki, şirkət “PS4”lərin satışı zamanı çox qısa zamanda 7.5 milyon ədəd realizə edə
bilmişdi. Bunun “Sony” üçün ən uğurlu göstərici olduğunu rahatlıqla söyləmək
olar. “PS5”-lərdə belə bir nəticə əldə ediləcəkmi, zaman göstərəcək. Tək onu
deyə bilərik ki, şirkətin açıqlamalarına əsasən, “PS5” bir çox parametrlərinə
görə həm “PS4”-dən, həm də rəqibi
“XBOX”-dan daha üstündür.
Post a Comment