Топ-100 UNO: yalanlar və gerçəkliklər

UNO: yalanlar və gerçəkliklər


UFO
UNO sözünün açılışı uçan naməlum obyekt deməkdir.İngiliscəsi isə UFO adlanır,”Unidentified Flying Object”.
UNO-lar hər bir dövrdə insanların maraq dairəsində olub.Müasir dövrdə isə bu qeyri-elm sahəsinə diqqət xeyli azalıb.Lakin unoloqlar öz araşdırmalarını müxtəlif vasitələrlə davam etdirməkdədirlər.  
Nəyə görə UNO-lar boşqaba bənzəyir və bu şəkildə təsvir edilir?
Bütün dünyada UNO-lar boşqab şəklində təsvir edilir.Bunun səbəbi isə çox sadədir.
1947-ci ildə ABŞ-da qəribə bir UNO hadisəsi yaşanmışdır. İş adamı Kenet Arnold şəxsi təyyarəsi ilə Vaşinqtondakı Ranier dağı yaxınlığından uçarkən, 9 ədəd hilal formalı uçan obyekt gördüğünü və onların boşqab şəklində işıq saçaraq hərəkət etdiyini demişdir. Dövrün informasiya vasitələri isə bunu yanlış anlayaraq, nəsnələrin boşqab şəklində olduğunu yayımlamışlar.O gündən bu günə UNO-ların boşqab şəklində olduğuna inanılır.
Miladdan əvvəl: antik dövr insanı və onun UNO haqqında təsəvvürləri
Qeyd etdiyimiz kimi ta qədimdən günümüzə qədər UNO-lar daim insanın diqqət mərkəzində olub. Hətta bəzi unoloqlara görə İspanyanın Altamira, Fransanın Lot mağaralarındakı təsvirlər UNO-lara aiddir.
E.ə. 1450-ci ilə, yəni firon III Tutmosun hakimiyyətdə olduğu dövrə aid bir qeyd günümüzə qədər gəlib çıxmışdır. Orada günəşdən daha parlaq, eni 5 metr olan alov halqalardan bəhs olunur.
 Romalı yazar Yulius Obsequensin e.ə. 99-cu ilə aid qeydlərində günəşin şərqdən qərbə doğru deyil, əksinə və olduqca sürətli hərəkət etməsindən bəhs olunur.
Orta əsrlər və Rönesans dövrünün UNO-ları
1235-ci il sentyabr ayının 24-də general Yoritsumenin və ordusunun Kyoto şəhəri yaxınlığında hərəkət edən naməlum işıq kürələrini gördükləri söylənməkdədir. 
14 aprel 1561-ci ildə Almanyanın Nürnberq şəhərində də bənzər hadisənin yaşandığı bilinməkdədir. Bu hadisə hətta 5 il sonra, yəni 1566-cı ildə Hans Qlaser tərəfindən taxta üzərinə oyma üsulu ilə təsvir edilmişdir.
Müasir dövr və UNO-lar
Müasir dövrdə də UNO-larla bağlı müxtəlif hədisələr danışılır.
Astronom Maunderin dairə və elips şəkilli uçan naməlum obyektlər barəsindəki 7 noyabr 1882-ci il qeydləri bü gün də unoloqların müzakirə predimetidir.
UNO hadisələri arasında ən maraqlısı 28 fevral 1904-cü ildə yaşanması iddia edilən rəvayətdir. Bu rəvayəti maraqlı edən, Amerika donanmasına məxsus bir gəmidə eyni zamanda  3 nəfərin San-Fransisko yaxınlığında UNO gördüklərini söyləmələridir. Onlardan biri, Frank Şofeld daha sonra ABŞ-ın Sakit Okeandakı donanmasının qərargah rəisi olmuşdur.
II dünya müharibəsi dövründə də bənzər hadisələr yaşanmışdır. 
Alman hərbi hava qüvvələrinə məxsus təyyarəçi öz raportunda bir anlıq naməlum obyektlərin peyda olduğunu və müttəfiqlərin plitonun idarəetməyə nəzarəti itirdiyini qeyd etmişdir.
1942-ci ildə isə Los-Angeles səmalarındakı bir naməlum obyektə 20 dəqiqə ərzində aramsız atəş açılmasına rəğmən, onun bu müddətdə statik vəziyyətini pozmadan havada asılı qaldığı söylənilir.
 Rosvel hadisəsi
4 İyul 1947-ci ildə ABŞ bir hadisənin əks-sədası ilə oyanır. Buna səbəb isə Rosvel hadisəsi olur.
O gün Rosvel yaxınlığında bir fermada naməlum obyektin qalıqlarına rast gəlinir. Şahidləri isə fermanın sahibi Mak Brazel və qonşuları olur.
Onlar ən yaxın birlikdən hərbiçiləri hadisə yerinə dəvət edirlər. Rosvel hərbi hava qüvvələrindən leytenant Valter Haut qalıqların bir naməlum obyektə aid olduğunu desə də, general Rojer Ramey onu təkzib edir, həmin nəsnənin bir hava şarı olduğunu bildirir.
UNO izləri
1982-ci ildə Fransanın Nans şəhəri yaxınlığında bir əraziyiyə UNO-nun endiyini iddia edənlər olmuşdur. Hadisə yeri araşdırılarkən, buranın bitki örtüyünün tələf olduğu və piqmentasiyanın pozulduğu müşahidə edilmişdir.
1989-cu ildə yenə də ABŞ-da 72 yaşındakı bir kişi yaxın ərazidə naməlum işıqların sayrışdığını söyləmiş, ardından həmin yerə baxış zamanı 10 metrdən bir qədər böyük ölçüdə dairəvi çalalar aşkarlanmışdır. Həmin çalaların kim tərəfindən və necə əmələ gəldiği isə hələ də aydınlaşmayıb. Belə bir mükəmməl şəkilli çevrə izlərinə ayrı-ayrı yerlərdə də rastlanıb.
FBI və ABŞ ordusunun təhqiqatının nəticələri
Ən nəhayət sonda, 9 iyul 1947-ci ildə ABŞ Hava Qüvvələrinin Kəşfiyyat Xidməti FTB ilə birgə Kenet Arnold və Birləşmiş Havayollarının uçuş komandasının şahidi olduğu UNO hadisəsini araşdırmaq qərarına gəıir. Üç həftə davam edən sorğunun nəticəsinə görə bu hadisədə şahidlərin yanlış təsəvvürləri ilə yanaşı, real başqa nəsnələrin olması ehtimalının mümkünlüyü qeyd edilir.

0/Şərhlər

Previous Post Next Post