Dayton Universitetindən Andy Chong və Kiwen Zhang adlı
iki alim əvvəlki metod və yanaşmalardan
imtina edərək, fərqli üsulla işıq hərəkətini öyrənməyə çalışmışlar.
Tədqiqatın nəticəsi xeyli maraqlı olub. Araşdırma
zamanı yeni bir işıq hərəkəti ortaya çıxıb.
Məlum olub ki, işıq öz hərəkəti istiqamətinə
perpendikulyar olan bir ox ətrafında fırlanır.
Alimlərin fikrincə, belə bir tapıntı məlumatların
ötürülməsində istifadə edilə bilər.
Andy Chong və Kiwen Zhangın araşdırmalarının nəticələri
artıq elmi jurnallarda dərc olunmağa başlayıb.
Andy Chong mətbuata açıqlamasında qeyd edib ki, bu araşdırmada məqsəd işığın məkan və zamanla,
materiya ilə qarşılıqlı təsirini daha yaxşı anlamaq idi.
Post a Comment