Топ-100 Yeni nəsil batareyalar: Şarj problemi həll olunur?

Yeni nəsil batareyalar: Şarj problemi həll olunur?


İonlanmış lityumdan kükürdlü lityum batareyalara doğru
Müasir batareyalarda ionlanmış lityum maddəsindən istifadə olunur. Ancaq bu batareyalar kifayət qədər səmərəli deyil. Bu səbəbdən mütəmadi olaraq araşdırmalar aparılır.
Uzun müddətli tədqiqatdan sonra elm adamları problemdən çıxış yolu tapıblar. Bu yaxınlarda aydın olub ki, tezliklə bazarlarda fərqli texnologiyaya malik, yeni nəsil batareyalar görəcəyik.
Bununla da şarj probleminin böyük ölçüdə aradan qaldırmağın mümkün olacağına ümid edilir.
Bəs bu batareyaların nə kimi xüsusiyyətləri var?
Araşdırma qrupu, bu yeni batareyalarda kükürdlü litium maddəsindən istifadə olunduğunu söyləyir. Nəticədə məhsuldarlıq, ən azı 4 dəfə artmış olacaq. Bu isə çox sayda şarjın bir dəfəlik qoşulma ilə əvəzlənəcəyi mənasına gəlir.
Yeni batareyalar hələlik smartfonlar üçün hazırlanır. Uğurlu olduğu halda elektrikli nəqliyyat vasitələrində də istifadə edilməsi nəzərdə tutulur. Nəticədə elektrikli avtomobillər bir dəfəlik şarjla 1000 kilometr məsafəni qət edə biləcəklər.

0/Şərhlər

Previous Post Next Post