Топ-100 2023-də Türkiyədə nələr ola bilər?

2023-də Türkiyədə nələr ola bilər?


Seçicinin mövqeyi
Türkiyədə hər bir siyasi partiya, qurum, təşkilat ciddi cəhdlə 2023-ə hazırlaşır.
Önümüzdəki seçkilərdə tərəflər özünü daha güclü göstərmək üçün anketlər sifariş verir, elektoratın mövqeyinə ciddi təsir etməyə çalışır.
Lakin bu anketlərdə ümumi bir cəhəd var.
Mövcud vəziyyətdə AK Partiya, MHP və BBP-dən ibarət “Cümhur İttifaqı” səslərin 40%-dan çoxunu əldə edir. Bu isə Böyük Millət Məclisində deputatların 55%-dən çoxunun hakim birliyi təmsil edəcəyini göstərir. Belə bir nəticə ilk baxışıdan nə qədər bəhsi gedən ittifaqın lehinə görünsə də, amma sadə qərarların qəbul edilməsində belə Erdoğanın xeyli çətinlik çəkəcəyinə işarə edir.
Anketlərin üzə çıxardığı başqa bir maraqlı məqam da var.
Belə ki, növbəti seçkilərdə müxalifəti təmsil edən “Millət İttifaqı” taktiki parçalanmaya gedə bilər.
Ali Babacan və Ahmet Davutoğlunun qurduğu Deva Partiyası Temel Karamollaoğlunun Seadet və Meral Akşenerin İyi Partiyası ilə ittifaqa girə bilər.
CHP-nin isə HDP ilə bir çətir altında birləşməsi gözlənilir.
Erdoğanın rəqibləri belə bir taktiki gedişlə həm dindarlardan, həm milliyətçilərdən, həm də sağ mərkəzdən səs qoparmaq niyyətindədirlər. Solun isə onsuz da CHP və HDP-yə səs verəcəyi məlumdur.

0/Şərhlər

Previous Post Next Post