Топ-100 ABŞ İranı bu dəfə daha ciddi hədəfə alıb

ABŞ İranı bu dəfə daha ciddi hədəfə alıb


Ağ Ev Qətərlə Səudiyyə arasında vasitəçilik edir
Amerika Birləşmiş Ştatlarının İrana qarşı tətbiq etdiyi embarqolar bir sıra səbəblər üzündən uğursuzluqla nəticələnir.
ABŞ-da Tehrana tətbiq olunan iqtisadi sanksiyaların, əksinə, İrana yeni maliyyə mənbələri qazandırdığı və yeni problemlər yaratdığı düşüncəsindədirlər. Bu problemlərdən biri kimi Qətər hava şirkətlərinin İran üzərindən həyata keçirdiyi uçuşlar göstərilir.
Ağ Ev Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri arasındakı diplomatik böhrana son qoymaq niyətindədir. Bununla da Birləşmiş Ştatlar Tehrana qarşı tətbiq olunan embarqoları daha təsirli vəziyyətə gətirməklə, İranı daha dərin iqtisadi böhrana sürükləməyi hədəfləyir.
Kulislərdə problemin aradan qaldırılması üçün Washingtonun Səudiyyə Ərəbistanı və Qətər arasında artıq vasitəçiliyə belə başladığı səslənməkdədir.
Bir qədər əvvəl ABŞ dövlət katibinin müavini David Schenker Qətər təyyarələrinin Səudiyyə hava məkanından istifadə edə bilməsi istiqamətində fəaliyyət göstərdiklərini açıqlamasıyla, söylənənləri rəsmən təsdiqləmiş oldu.
Birləşmiş Ştatlar, deyəsən, bu dəfə daha ciddidir.
Xatırladaq ki, David Schenker Kürdistan dövlətinin qurulmasının qatı tərəfdarlarındandır.

0/Şərhlər

Previous Post Next Post