Топ-100 AKP-lilər Ərdoğandan üz döndərirlər?

AKP-lilər Ərdoğandan üz döndərirlər?


AKP-lilər üz döndərir?
Türkiyə mətbuatına görə, Ankaranın Gölbaşı ilçəsinə bağlı İncek məhəlləsində AK Partiyanın 16 yüksək mövqeli üzvü gizli görüş keçiriblər.
Görüşdə Ərdoğanın həyata keçirdiyi siyasət tənqid edilmiş və dövlət başçısına qarşı müxalif mövqeyə keçmək qərara alınmışdır.
Bu 16 nəfərdən 5-nin millət vəkili olduğu və yaxında istefa edəcəkləri də qeyd olunur.
Gizli toplantının tarixi və iştirakçıların adları göstərilmədiyi üçün bunun yalan və bir psixoloji əməliyyat olduğunu yazanlar da var.
İstənilən halda ortada bir oyunun oynanıldığı aşkardır. 
Digər yandan Türkiyənin bir araştırma şirkətinin 2023-cü ildə keçiriləcək prezident seçkilərində əgər ikinci tura Cümhurbaşkanı Ərdoğan və İstanbul Böyük Şəhər Bələdiyyə Başkanı  Əkrəm İmamoğlu qalarsa, kimə səs verərdiniz, şəklindəki bir suala, respondentlərin 44,7% Ərdoğana, 34,7% isə İmamoğluna səs verəcəklərini bildiriblər.
Ərdoğan-Mansur Yavaş qarşılaşmasında isə səslərin 43%-ni indiki dövlət başçısı, 36.1% isə Ankara Böyük Şəhər Bələdiyyə Başkanı alıb.
Sorğunun nəticəsinə görə Rəcəb Tayyib Ərdoğan əgər Abdullah Gül ilə ikinci tura qalarsa, səslərin 46,7% almış olacaq. Abdullah Gül 20,4% ilə kifayətlənəcək.

0/Şərhlər

Previous Post Next Post