Топ-100 Amerika çalxalanır: Trump qəzəbli, Bush dəhşətlər içində

Amerika çalxalanır: Trump qəzəbli, Bush dəhşətlər içində


Trump qəzəbli, Bush dəhşətlər içində
Məlum olduğu kimi xeyli vaxtdır, Amerika etiraz mitingləri ilə çalxalanmaqdadır. Səbəb Minneapolisdən olan agdərili polis nəfərinin George Floyd adlı bir zəncini yerə yıxaraq 8 dəqiqə ərzində dizləri ilə boynuna sıxması və onu bu şəkildə boğub öldürməsidir.
George  Floydun [ldwrwlm'sinə etiraz edilir
Buna etiraz əlaməti olaraq, Birləşmiş Ştatların afro-amerikalı vətəndaşları küçələrə axın ediblər. Nəticədə ətrafa xeyli zərər dəyib. Vəziyyət o yerə çatıb ki, komendant saatına baxmayaraq, iyunun 1-də Manhattannin mərkəzi də daxil olmaqla New-York şəhəri böyük talan və dağıntılara məruz qalıb. Şəhərin əfsanəvi marketlərindən olan "Macy’s store on Herald Square" belə hücuma məruz qalıb, mağaza tamamilə boşaldılıb və xeyli xəsarət alıb.
Qəzəblənən Donald Trump isə milli qvardiyanı vəzifəsini görməyə çağırıb.
Eks prezident George W. Bush da vəziyyətə əlaqədar mövqeyini açıqlayib:
 Bush dəhşətlər içində
-Çox üzücü bir haldır ki, afro-amerikalı vətəndaşlarımız hələ də öz ölkələrində təqibə və zorakılığa məruz qalırlar.
Mən və Lora yaranmış bu vəziyyətdən çox rahatsızıq və Floydun vəhşicəsinə boğulmasından dəhşətə gəlmişik-George W. Bush belə deyib.

0/Şərhlər

Previous Post Next Post