Топ-100 Ankara genişlənir: S-400-dən sonra Eurosam?

Ankara genişlənir: S-400-dən sonra Eurosam?


 Ankara ikinci s-400 kompleksi alır
Xatırladığınız kimi hələ 2017-ci ildə Moskva və Ankara S-400-lərin Türkiyəyə tədarükü haqqında razılaşma əldə etmişdilər.
Bu razılaşmaya ABŞ-ın reaksiyası çox sərt olmuşdu. Hətta Türkiyəni sanksiyalarla belə təhdid etmişdi. Ancaq Ankara geri addım atmadı.
Nəticədə 2019-cu ildə dəyəri 2,5 milyard dollar olan hava hücumundan müdafiə sistemləri Türkiyəyə gətirildi.
Bilgi: S-400-lər aerodinamik və ballistik hədəfləri 600 km-ə qədər məsafədə vura bilir və fəaliyyətini 400 kilometrlik bir radiusda həyata keçirir.
 s-400

Bu yaxınlarda məlum olub ki, Ankara Rusiyadan S-400-lərin ikinci kompleksini almaq niyyətindədir. Bu barədə NTV kanalına müsahibəsində Türkiyənin müdafiə sənayesin rəhbəri İsmayıl Demir məlumat verib.
Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSVTS) rəhbəri Dmitri Şugaev isə bildirib ki, tərəflər əməkdaşlığı daha da dərinləşdirə bilər. O, Rusiya Federasiyasının Ankaranın S-400-lərin istehsalında iştirakını müzakirə etməyə hazır olduğunu söyləyib.
Digər tərəfdən texniki xidmətin rus mütəxəssislər tərəfindən aparılmasına rəğmən, onların sistemə sərbəst girişinin qadağan olduğu da məlum olub. Belə bir giriş yalnız türk mütəxəssisləri və Türkiyə Hərbi Hava Qüvvələri üçün mümkün olacaq. Təbii ki, bu, Türkiyənin NATO qarşısındakı öhdəliklərinə sadiq qaldığına işarədir.
Bununla belə, Ankara əldə etdikləri ilə kifayətlənmək fikrində deyil. İsmayıl Dəmirin sözlərinə görə, Türkiyə "Patriot" və "Eurosam" hava hücumundan müdafiə sistemləri ilə bağlı təklifləri də nəzərdən keçirməkdə maraqlıdır.
"Patriot"da hələ ki, hər hansı bir uğur olmasa da, "Eurosam"da Fransa və İtaliya ilə müəyyən nəticələrə əldə edilib.
Ankara bu layihədə də gərəkli olan bütün texniki məsələləri artıq həll edib və tərəf-müqabillərinin cavabını gözləyir.

0/Şərhlər

Previous Post Next Post