Топ-100 Böyük Mərhəmət Yarışı

Böyük Mərhəmət Yarışı


Yaxud Qəhrəman Toqo (1913-1929) haqqında həqiqətlər...
Yaxud Qəhrəman Toqo haqqında həqiqətlər...

O, yapon admiralı Toqo Heyhaçironun adını öz xarakteri ilə mənimsəmişdi.
Qeyd: Toqo Heyhaçiro-Koreyanın, eləcə də Çinin Formoza adasının fatehi, rus-yapon müharibəsinin baş qəhrəmanı.
Əslində Toqo xəstə doğulmuşdu. Lakin Seppalanın həyat yoldaşı iti müalicə etmiş və bu müddət ərzində onların arasında güclü duyğu bağları yaranmışdı. O, yaramaz və dəcəl bir it kimi böyüyürdü. Bütün bunlara rəğmən, altı yaşında belə, hələ də balaca və cılız idi. Məhz buna görə ev heyvanı kimi bəslənirdi. Seppala onu qoşquda istifadədən imtina etmişdi. Lakin heyvan öz bacarığı ilə hamını yanılda bilirdi. Belə ki, sahibi hər nə qədər onu bağlı qapı arxasında saxlasa da, ağıllı it müxtəlif yollarla bayıra çıxmağa müvəffəq olurdu. Hətta bir dəfə pəncərənin şüşəsini sındırıb sahibi Seppalaya və itlərin qoşulduğu karvana yetişə bilmişdi. İtin bu məharətinə Seppala heyran qalır və onu bir daha evə qapamır. Əvəzində isə Toqo qısa zamanda dəstənin liderinə çevrilir.
Tarixi peyvənd qaçışı
Toqo dəstənin liderinə çevriləndən sonra, Alyaska çempionu belə olur. Amma onun həyatının ən önəmli hadisəsi tarixi peyvənd qaçışıdır.
1925-ci ildə şimali Alyaskada difteriya yayılmağa başlayır. Qarlı hava üzündən bölgəyə peyvənd göndərmək mümkün olmur. Belə olan təqdirdə tibbi ləvazimat üçün 425 km məsafədə yerləşən Şaktulik şəhərinə getmək lazım gəlir.
Bu vaxt Toqo artıq 12 yaşında idi. Bu səfərlə uzun və keşməkeşli yolların fatehi yenidən hamıya qəhrəman olduğunu sübut edir. Yolboyu o, dəfələrlə lideri olduğu dəstəni və sahibini təhlükələrdən qurtarmağı bacarır.
Tarixə “Böyük Mərhəmət Yarışı” adı altında düşən həmin hadisədən sonra Seppala xaski cinsindən olan bu iti haqqında nə qədər yanıldığına bir daha əmin olur. Bundan sonra bölgənin sakinləri də onu təkcə sahibinə sədaqəti ilə deyil, həm də qəsəbənin xilaskarı kimi tanıyıb sevməyə başlayırlar. Toqo möcüzənin özü kimi yaddaşlara qazınır.
Hər nə qədər xaski cinsindən olan itlər barədə tənbəl cinc deyilsə də,əslində belə deyil. Çünki Toqonun qəhrəmanlığını həmcinsi Balto da təkrarlayıb. Bu qəbildən olan nümunələr xeyli çoxdur.
Təsadüfi deyil ki, “Holliwood” insanın bu sevimli və sədaqətli dostları barədə olduqca maraqlı filmlər lentə alıb. “Edgunews” olaraq, tezliklə biz də internet televiziyamızda Toqo haqqında çəkilmiş filmi yayımlayacağıq. Filmə baxmağı unutmayın...
Elnur Şahin

0/Şərhlər

Previous Post Next Post