Топ-100 Şahin Əliyevin "Böyük yaşa" şeiri

Şahin Əliyevin "Böyük yaşa" şeiri


Böyük yaşa
Şahin Əlioğluh
(1992,Bakı)
Aylı gecələrin ağ qarı kimi
gözəlsən,
həm də soyuq...
Gözlərimdə gözəlliyin
bir də illərin yorğunluğu
var...
Yol gedirik...
...zaman keçir-
yağış yağır,
budur,
qar da əriyir,..
...heyif,
gözəlliyin də...
Kim bilir,
bu gözəlliyin
neçə qəlbi viran qoyub...
...halbuki
sel də
bəndlər yıxır,
amma
 duru bulaqlardır
yaşayır...
yaşadır!..
böyük danışma,
böyük yaşa!..
Düşün,
düşməyə dəyər...

Şahin Əlioğlu


0/Şərhlər

Previous Post Next Post