Taleyüklü bu suala birmənalı cavab vermək olduqca çətindir. Lakin
Amerikanın maliyyə dairələrində bilinən sadə bir həqiqət var, Birləşmiş
Ştatların həyat standartları xeyli aşağı düşüb və o öz cazibəliyini sürəkli
itirməkdədir. Əslində bu problemin əlamətləri xeyli əvvəllərdən müşahidə edilməkdə
idi.
Bu günlərdə
"Bloomberg" özünün bir iqtisadi təhlinin nəticələrini açıqlayıb. Olduqca
diqqətçəkən bu analizdə ABŞ əhalisinin əmanətlərinin xalis milli gəlirdəki
payının
təkcə 2020-ci ilin birinci kvartalında 1,4% aşağı düşdüyü qeyd olunur. Bu ölkədəki dərin infilyasıyanın ən
önəmli tətikləyici səbəblərindən biri kimi göstərilir.
Amerika bir
dönəm yaranmış bu vəziyyətdən çıxmaq, ABŞ-ın dünyadakı hegemon dövlət mövqeyini,
dolların əsas maliyyə vəsaiti rolunu qorumaq üçün ölkəyə cəlb etməyə çalışdığı
xarici sərmayə də yetərsiz oldu.
Digər dövlətlərin
dollarla həyata keçirdikləri ticarət əməliyyatlarına tətbiq etdiyi sərt beynəlxalq
tədbirər də nəticəsiz qaldı. Sonluq göz qabağındadır.
Nəhayət, koronavirus...
Covid-19 ölkədəki
bu iqtisadi krizisə hər nə qədər öz mənfi təsirini göstərsə də, lakin onun
maliyyə vəziyyətinin sağlamlaşdırılmasında, yəni yastıq altında saxlanılan vəsaitlərin
yenidən dövriyyəyə daxil olmasında müsbət rol oynadı. Başqa sözlə, dövlət sanki
qeyri-qanuni “daxili borclanma”ya əl atdı. Bunu ölkənin maliyyə vəziyyətinin nəfəslənməsində
bir stimul kimi də başa düşmək olar. Əslində isə buna borclanma demək olmaz. Bu
yaranmış büdcə açığının maliyyələşdirilməsi üçün əhalinin əlindəki sərmayənin qəsbidir.
Bununla
belə, mütəxəssislər ABŞ-da federal büdcə açığının 2020-ci ildə 17,9% səviyyəsində
olacağını, bu göstəricinin 2021-ci ildə 9,8%-ə düşəcəyini bildirirlər. Birləşmiş
Ştatlarda yaranmış mövcud vəziyyəti hər nə qədər Trump hakimiyyətinin yarıtmaz
fəaliyyəti ilə bağlasalar da, əslində Federal büdcə kəsiri hələ 20-ci əsrin
80-ci illərindən davamlı özünü biruzə verməkdədir. Yəni ö dövrdən üzübəri xərclər
gəlirləri həmişə üstələyir.
Post a Comment