Топ-100 George Floyd Edward Colstonu yerindən etdi: aksiyalar ABŞ sərhədlərini aşdı

George Floyd Edward Colstonu yerindən etdi: aksiyalar ABŞ sərhədlərini aşdı


Edward Colston
Xatırlayırsınızsa, Minneapolis şəhərində ağdərili polis afroamerikalı George Floyda güc tətbiq edərək, onun ölümünə səbəb olmuşdu. Polisin bu acımasız davranışı təkcə Minnesotada deyil, ABŞ-ın digər ştatlarında da etiraz aksiyalarına, iğtişaşlara səbəb olmuşdu.
Artlq bu aksiyalara dəstək ölkə sərhədlərini aşıb. Bu günlərdə İngiltərə, Fransa, İsveç, Avstraliya, İtaliya, İspaniyada da nümayişlər keçirilməyə başlayıb.
Lakin İngiltərədə aksiya iştirakçıları daha maraqlı addım atıblar.
"Black Lives Matter" hərakatının üzvləri 17-18-ci əsrlərdə yaşamış İngilis qul taciri və filantropu (xeyriyyəçi-red.) Edward Colstonun Bristoldakı abidəsini söküblər.
Xatırladaq ki, hələ bu hadisəyə qədər 10 mindən çox insan bu abidənin sökülməsi barədə Bristol Şəhər Şurasına petisiya göndərmişdi. Ancaq indiyə qədər cavab alınmamışdı.
 Bu bürünc abidə Edward Colstona 1895-ci ildə qoyulub.


0/Şərhlər

Previous Post Next Post