Топ-100 Tehran Ağ Evlə Kremli qarşı-qarşıya gətirdi

Tehran Ağ Evlə Kremli qarşı-qarşıya gətirdi


Tehran AĞ Evlə Kremli qarşı-qarşıya gətirdi
Məlum olduğu kimi aprel ayının 22-də İran kosmosa öz peykini göndərib.
Bununla əlaqədar olaraq, Amerika Birləşmiş Ştatları öz rahatsızlığını ifadə edib və rəsmi Tehranın 2015-ci ildə qəbul edilmiş "İranın nüvə başlıqları daşıya biləcək isitənilən ballistik raketlərin uçuşundan imtina etməsinə dair" qətnaməyə zidd addım atdığını bildirib (bu sənədə İranla yanaşı 6 dövlət imza atıb-red.).
Ağ Evin Birləşmiş Təşkilatlardakı təmsilçisi Kelli Kraft may ayında bu qurumun rəhbəri cənab Antonio Qutierreşə insidentlə bağlı rəsmi məktubla müraciət edərək, Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını sərtləşdirməsini istəyib.
Bu günlərdə Rusiyanın Birləşmiş Milətlər Təşkilatındakı daimi nümayəndəsi Vasiliy Nebenziya Kremlin məsələyə rəsmi mövqeyini açıqlayıb.
Səfir qeyd edib ki, İran heç bir zaman nüvə cəbbəxanasına sahib olmayıb və hazırda da belə bir silahı yoxdur. Birləşmiş Ştatlar Tehranın sülh niyyətli kosmik texnologiyalardan istifadə hüququnu əngəlləmək məqsədilə səsləndirdiyi yalan və böhtanlara son verməlidir.
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin ən etibarlı dövlətidir. Bu ölkənin ballistik raketlərə sahib olmadığı, inkişaf etdirmədiyi və sınaqdan keçirmədiyi sadə bir həqiqətdir-Rusiyalı diplomat belə deyib.


0/Şərhlər

Previous Post Next Post