Топ-100 UEFA final oyunları ilə bağlı qərar verdi

UEFA final oyunları ilə bağlı qərar verdi


Sankt-Peterburq oyundankənar vəziyyətdə…
2020-2021 final oyunları necə və harda oynanılacaq.

Bir qədər əvvəl UEFA koronavirus səbəbiylə təxirə salınmış 2020 Çempionlar Liqasının final oyununun Portuqaliyanın paytaxt şəhəri Lizbonda keçirilməsinə dair qərar verdi. Oyuna azerkeşlər buraxılmayacaq.
İyunun 17-də UEFA bu məsələ ilə bağlı rəsmi qərarını ətraflı açıqlayacaq.
Xatırladaq ki, bu mövsüm UEFA Çempionlar Liqasının finalı Türkiyənin Atatürk Olimpiya Stadionunda keçirilməli idi. Lakin matç koronavirus səbəbi ilə təxirə salınmışdı.
Lakin dəqiqələr öncə UEFA öz qərarını açıqladı.
Bu qərara əsasən, Çempionlar Liqasının yarımfinal və final oyunları Lizbonda tamaşaçısız oynanacaq.
Bəs Türkiyə necə olacaq?
2021-ci ildə hər iki liqin, yəni Çempionlar Liqası və Avroliqanın final oyunları İstanbulda keçiriləcək. Azerkeşlər bu möhtəşəm idman tədbirinə buraxılacaqlar.
Bir xatırlatma: Çempionlar Liqasının 2021-ci il final oyunu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli idi, artıq deyil.

0/Şərhlər

Previous Post Next Post