Mart ayından üzübəri
Vettorinin bəxti gətirmirdi.
Belə ki, onun İngiltərədə döyüşü nəzərdə
tutulmuşdu, amma Los Angelesdən Londona gəldikdə idmançı xəyal qırıqlığına
uğradı. Onun döyüşü koronavirus ucbatından ləğv edilmişdi.
Daha sonra mayın
13-də Floridada Robersonla döyüşmək üçün yenidən müqavilə bağladı. Amma orada
da Roberson kilo verdiyinə görə kartdan çıxarıldı. Bu Vettorini daha da qəzəbləndirdi.
Hətta o, rəqibi ilə hoteldə belə dava etdi. Mühafizəçilər rəqibləri güc-bəla
ayıra bildilər.
Nəhayət ki, gözlənilən
qarşılaşma baş tutdu.
Vettori nə qədər
iddialı olduğunu elə ilk anlardan nümayiş etdirməyə başladı. Bir qədər keçmiş rəqibini
boğma fəndində yaxalaya bildi. BJJ texnikası qarşısında Roberson çox tez təslim
oldu.
"Altı ay idi,
ağır rejimdə çalışırdım. Yanvar ayından bəri pivə belə içmirdim. Sadəcə, çox
çalışdım və mükafatımı aldım. Ringdən əvvəl çox qəhərlənmişdim. Çünki döyüşməyi
çox sevirəm, nəhayət, bu mənə qismət olmuşdu. Mənim bir missiyam var, döyüşmək,
mən bunu sevərək edirəm. Düşünürəm peşəkarlıq elə bu olmalıdır- Vettori belə
deyib.
Post a Comment