Топ-100 Yunanıstan bəyan etdi: Türkiyə ilə müharibə hər an başlaya bilər

Yunanıstan bəyan etdi: Türkiyə ilə müharibə hər an başlaya bilər


Yunanıstan Türkiyə ilə hər an müharibə edə bilər
Yunanıstanın müdafiə naziri Nikos Panayotopoulos ölkəsinin öz hüquqlarını və sərhədlərini istənilən yolla müdafiə etməyə, hətta Türkiyə qarşı hər an hərbi əməliyyatları başlatmağa belə hazır olduğunu söyləyib.
-Yunanıstan, hərbi əməliyyatlar da daxil olmaqla, suveren hüquqlarını müdafiə etməyə hazırdır, - Yunanıstan Müdafiə Naziri Nikos Panayotopoulos "Star" kanalına verdiyi müsahibədə belə deyib.
Xatırladaq ki, iki gün əvvəl də Yunanıstanın xarici işlər naziri Nikos Dendias, rəsmi Türkiyəni başqa bir dövlətin suveren hüquqlarını pozmaqda ittiham etmiş, rəsmi Ankaranın hərəkətlərini təxribat adlandırmışdı.

Bəs Afinanın bu qədər aqresiv davranmasına səbəb nədir?
Bu yaxınlarda Türkiyə neytral sulara dair beynəlxalq hüququ əsas götürərək, Yunanıstan yaxınlığındakı şelfdə neft və qaz kəşfiyyatı ilə bağlı qərar qəbul etdi.
Ankaranı belə bir addım atmağa isə daha öncə İsrail-Kipr-Yunanıstan troykası tərəfindən bənzər qərarın alınması təhrik etmişdir.
Rəsmi Ankaradan Yunanıstan Müdafiə Nairinin bu bəyanatına hələ cavab gəlməsə də, Türkiyədə mütəxəssislər hesab edirlər ki, Yunan hərbi rəhbərinin açıqlamasına Ankaraya təzyiq elementi kimi baxılmalıdır. Yunanıstan Müdafiə Nazirinin sözləri Türkiyədə tam miqyaslı hərbi əməliyyatlara hazırlıq kimi qarşılanmır. Çünki burada NATO-nun iki üzvündən söhbət gedir. Bu baxımdan Türkiyə ilə Yunanıstan arasında hər hansı silahlı qarşıdurmanın baş verməsi istisna olunur.
Hər ehtimala qarşı Türkiyənin bu bəyanata hazır olması lazımdır. Çünki bu iki dövlət arasında Kipr müharibəsindən əldə edilmiş belə bir təcrübə var.
Bir xatırlatma daha, hələ aprel ayında Yunanıstan əhalisi arasında keçirilən sorğuda respondentlərin 44 faizi Türkiyə ilə müharibənin mümkünlüyünü və buna hazır olduqlarını bildirmişdilər.

0/Şərhlər

Previous Post Next Post