Топ-100 Əba zamanında yaba, yaba zamanında əba

Əba zamanında yaba, yaba zamanında əba


Əba zamanında yaba, yaba zamanında əba
Sosial şəbəklərdə Rusiyadakı Azərbaycanlı işadamalrına məxsus bazarlarda erməni məhsullarının satışına qadağan qoyulmasına dair paylaşımlar edilir.
 Daha çox Qod Nisanov və İlham Rəhimovun adı çəkilir.
Xalq isə bu iki Azərbaycanlı maqnatın timsalında bənzər addım atan digər sahibkarlara da öz minnətdarlığını ifadə etməkdədir.
İyulun 18-də Azərbaycan saytlarından birinə müsahibə verən İlham Rəhimovun söylədiklərindən məlum olur ki, onun 150 hektarlıq sahədə yerləşən obyektinə Ermənistandan hər gün yüz minlərlə ton məhsul gəlirmiş. Həmçinin, Ermənistan sərhəddini keçən məhsulların əsas hissəsi topdansatış üçün “Food City”-yə gətirilirmiş. İndi isə hamısı zibilliyə gedir. Dəqiq hesablama olmasa da, ziyan yüz milyonlarladır. 
Cənab İlham Rəhimovun bugünkü davranışından bəlkə də hər bir Azərbaycanlı kimi fəxarət hissi keçirmək olardı. Amma əmması olmasaydı.
Əmma isə bundan ibarətdir ki, əgər qısa bir zamanda ermənilərə vurulan ziyan 100 milyonlrla hesab olunursa, bəs bu günə kimi Ermənistana qazandırılan məbləğ nə qədərdir?
İkinci bir rahatsızlıq yaradan hal isə onun Tovuzlu olması ilə bağlıdır.
Belə çıxır ki, ermənilərin hücumu Tovuza deyil, Qazax üzərinə olsaydı, “Food City”-Ermənistan ticari işbirıiyi davam edəcəkdi?!
Ən qəribəsi isə Rövnəq Abdullayevi ermənilərə qaz veməsiylə əlaqədar topa-tüfəngə tutanlar, İlham Rəhimovu, az qala Milli qəhrəman elan etmələridir.
İstənilən halda, nəticə eynidir, bu Milli birliyə bənzəyən bir davranış deyil. Təbii ki, yanılmağımızı çox istərdik. Amma görünən, əba zamanında yabanın, yaba zamanında əbanın ortalıqda olmasıdır. Bu insanların sabah necə davranacaqları bilinməz...

0/Şərhlər

Previous Post Next Post