Yaxud niyə
Bill Geyts bəşəriyyətin xilaskarı olmaq həvəsinə düşüb?
Əziz
oxucular, müəllifin əməyinə olan sayqımıza görə, həmçinin, sizi yormamaq üçün
bu maraqlı və geniş məqaləni hissələrlə dərc etmək qərarına gəldik.
Müəllifə
də mükəmməl işinə görə minnətdarıq və ümid edirik ki, məhz bu cür yazılar sayəsində
oxucularımız baş verən proseslər barədə doğru-düzgün məlumatlanacaqlar.
Ön söz və
ya dünya nizamı haqqında qısa izah
Problemin
mahiyyətindən danışmazdan əvvəl bir sıra anlayışları aydınlaşdırmaq məcburiyyətindəyik.
Çünki belə bir izahat olmadan məqalənin dili geniş ictimaiyyətə çox çətin gələ
bilər. Başqa sözlə, Vestfaliya Dünya Nizamı, Beynəlxalq Əlaqələr üzrə Şura,
Transmilli elita, Yeni Britaniya İmperiyası, habelə Bilderberg və Bohemiya
klubları və s. haqqında qısaca da olsa, məlumatımız olmalıdır ki, məsələnin məğzini başa düşək.
Izahat...
Qısacası,
1648-ci ildə Müqəddəs Roma İmperiyasındakı Otuz illik müharibə başa çatdıqdan
sonra Vestfaliya Sülhü imzalandı. Bu razılaşmaya əsasən, Avropada dövlət
suverenliyi konsepsiyasına əsaslanan yeni bir dünya nizamı başladı. Ancaq görünən,
bu nizamın vaxtının, artıq, başa çatmasıdır. Çünki yeni qaydalar uğrunda
amansız oyunlar getməkdədir.
Bilindiyi
kimi zamanla dünya çoxqütblü bir quruluşdan bipolyar sistemə keçmişdi. Lakin
bu, Transmilli elitanın arzulamadığı bir nəticə olduğundan, soyuq müharibə
dövrü başa çatdı və iki qütblü dünya dağıldı. Hazırda məqsəd, asanlıqla idarə olunan
təkqütblü dünya qurmaqdan ibarətdir.
Bəs bu
Transmilli elita kimdir?
Hələ 20-ci
əsrin 50-ci illərində hətta Rotşildlərin və Rokfellerlərin sərvətlərinin də
birləşdiyi və əsasən Anqlo-Sakson maliyyə dairəsindən ibarət olan dünya
maqnatlarının daxil olduğu bir qurupdan bəhs edirik. Monopolyar və ya başqa adı
ilə Yeni Britaniya İmperatorluğunu yaratmaq istəyənlər də elə bunlardır.
Bu dairənin
əlində ictimai-siyasi, maliyyə və iqtisadi gücdən tutmuş, mediaya qədər bir çox
təzyiq və idarə vasitələri var.
Təsəvvür
edin, maliyyə, iqtisadi, sosial-mədəni və hərbi-siyasi problemləri və dünyanın
gələcəyini müzakirə edən Dünya Ticarət Təşkilatı, Davos İqtisadi Forumu, Beynəlxalq
Əlaqələr üzrə Şura, Münhen Təhlükəsizlik Konfransı və s. kimi qurumlar bu
Transmilli elitanın planları əsasında fəaliyyət göstərirlər.
Siyahı
bununla bitmir, bu qaranlıq qüvvənin Bohema, Bildberg və sair kimi tam və yarı
gizli təşkilatları da var. Zaman-zaman Edgunews saytında bu təşkilatlar
haqqında yazılar dərc olunub.
Wall
Street Journal, Fortune, Forbes, New York Times və bu kimi başqa nüfuzlu media
qurumları da bəhsi gedən maqnatların maraqları çərçivəsində ictimai düşüncənin
manipulyasiyasıyla məşğuldurlar.
Belə bir
qısa və aydın girişdən sonra düşünürəm, artıq mahiyyət üzrə danışa bilərik...
Beləliklə,
qayıdaq yuxarıda verdiyimiz suala, nə üçün Bill Geyts bəşəriyyətin xilaskarı
olmaq həvəsinə düşüb?
Davamı
növbəti yayımımızda...
Şahin
Əlioğlu
Post a Comment