Топ-100 Mələklər və ya Şeytanlar: koronavirusdan 5G-ə qədər

Mələklər və ya Şeytanlar: koronavirusdan 5G-ə qədər


Yaxud niyə Bill Qeyts bəşəriyyətin xilaskarı olmaq həvəsinə düşüb?
Şahin Əlioğlunun analizi

İkinci hissə
ŞahinƏlioğlu
Əziz oxucular, məqalənin davamını gecikdirdiyimizə görə üzr istəyirik. Bildiyiniz kimi Ermənistanın sərhəd boyu həyata keçirdiyi təxribat üzündən nəşrlərimizi yenidən nəzərdən keçirmək məcburiyyətində qaldıq. Bundan əlavə, mövzu artıq gündəmdə olmadığından, ixtisarlarla bu gün mövzuya nöqtə qoymaq qərarına gəldik. Etdiyimiz böyük həcmli qısaltmalara görə müəllifdən də üzr istəyirik.
1994-cü ildə Bill Qeyts “William H Gates Vəqfi”nin əsasını qoydu.
Vəqf həkimlərin xərçənglə mübarizəsində onlara kömək etmək məqsədilə yaradılmışdı. Düşünmək olar ki, Bill Qeytsi belə bir addım atmağa anasının da xərçəngdən vəfat etməsi sövq edib.
Ancaq hadisələri diqqətlə incələdikdə fərqli nəticəyə gəlmək olur.
Belə ki, hələ ölümündən əvvəl Qeytsin anası onu Uorren Baffett ilə görüşməyə məcbur edir. Güman ki, fondun yaradılması haqqında qərar da bu zaman verilib.
Sual olunur, niyə Baffett və o kimdir?
Qeytsin anası ilə Baffett arasında nə kimi əlaqə ola bilər?
Hər nə qədər Qeyts ilə Baffett arasındakı əlaqələr ilk anlarda ticarət ortaqlığına dayanmamışdır deyilsə də, faktlar əksini sübut edir və bu tanışlığın planlandığını göstərir. Belə ki, onlar  arasındakı  ilk görüş 1991-ci ildə Qeytsin anası Merinin vasitəçiliyi ilə olub. Amma vasitəçi ana olsa da, prosesin arxasında filantrop ata II Henri dururdu.

Yeri gəlmişkən, Meri Maksvell Qeyts özü də xeyriyyəçi olub.
Uorren Baffetə gəlincə, o, dünyanın ən varlı insanlarından biridir. Onun 2018-ci ildə sərvəti 108,4 milyard dollar dəyərində qiymətləndirilib. Eyni zamanda Bilderbeg Klubunun üzvüdür. Bu o klubdur ki, orda dünyanın gələcəyi bütün aspektləri ilə müzakirə edilir, gələcəyə yönəlik plan-layihələ hazırlanır.

Amerika mətbuatında yer alan xəbərlərdən məlum olur ki, məhz Baffet Qeytslə klub arasında əlaqələrin yaranmasına vəsilə olub. Hazırda hər ikisi də cəmiyyətin fəal üzvləridir.
2000-ci ildə Qeyts gözlənilmədən Microsoft-un baş direktoru vəzifəsindən gedir və özünü tibbi, hətta mikrobiologiya üzərə mövzulara həsr edir.
Bir il sonra isə Boao Asiya Forumu qurulur. Klubun adındakı Asiya sözü sizi çaşdırmasın, əslində onun üzvləri Qərb liderləri və Anglo-Sakson maqnatlardır. Klub əsasən elmi və siyasi mövzularla məşğul olur.
2013-cü ildə Soros və Qeytsin Boao forumunda birgə iştirakı medianın diqqət mərkəzində olub. Bəli, bu o Sorosdur ki, dünyanın müxtəlif ölkələrindəki çevrilişlər, "inqilablar" onun adıyla bağlıdır.
2008-ci ildə Qeyts Microsoft-dakı fəaliyyətini tamamilə məhdudlaşdırdı. Əslində, o bu addımı özünün yeni təsis etdiyi və gələcəyin texnologiyasını istehsal etməyi düşündüyü "bgC3" şirkətinə daha çox vaxt ayırmaq üçün atmışdı. Qəribədir ki, bu dövrdə onun ətrafında böyük xeyriyyə yardımları cərəyan etməyə başlayır. Baffett isə bu kampaniyanın pioneri olur.
Təkcə 2009-cu ildə Nyu-Yorkda Qeyts və Baffettə 12 milyarder qoşulmaq qərarına gəlir. Təbii ki, əvvəlcə bu faktlar təkzib olundu, amma bir il sonra, Forbes jurnalı Baffettə istinadən bu həqiqəti təsdiqlədi.
Bəs o zaman bu zənginlər dairəsi nəyi müzakirə ediblər?
Cavab sadədir: xeyriyyəçiliyi.
Nə üçün?
Gələcək dünyanın "qurtuluşu" üçün ...
Necə?
Bu suala cavabı isə Qeytsin həyat yoldaşı Melindanın hərəkətlərində tapmaq olur.
Melinda heç zaman boş dayanmayıb. Kontrasepsiya daima onun gündəmində olub. O, katolik olsa da, düşüncələri həmişə Vatikanı rahatsız edib.
2012-ci ildə Londonda Ailə Planlaması Sammitində, qadın hüquqlarının qorunması adı altındakı çağrışları, abortun, dərman və kontraseptiv vasitələrin pulsuz olması tələbi, onun Vatikanla münasibətlərini daha da gərginləşdirir. Amma bütün bunalara məhəl qoymayan Qeytslər dünyanın demoqrafik vəziyyətindən rahatsızlıqlarını açıq-aşkar söyləməyə davam edirlər.
Bəs bu xeyriyyəçilər kimdir, mələk yoxsa şeytan?
Bütün bu "altruistik" hərəkətlər həqiqətən insanlığı xilas etmək və dünyanı qorumaq məqsədimi daşıyır, yoxsa bütün bunların arxasında şəxsi fayda gizlənir?
Digər bir sual isə dünyada demoqrafik tarazlığı necə qorumaq olar?
Balans nəyə əsasən yardılacaq?
Suallar çox sadədir, lakin ciddi cavablar tələb edir ...
Bunları yaxşı hazırlanmış konspirologiya kimi də qəbul etmək olar. Axı işin içində kriptovalyuta və 5G kimi müəmmalar da var.
Deyirlər ki, kriptovalyutanın banisi hansısa Satoşi Nakamotodur. Ancaq indiyə qədər onun kim olduğu bilinmir? Gizliliyin səviyyəsinə baxın ki, gah onun tək bir insan, gah da bir qurup insana verilən ləqəb olduğu barədə ehtimallar irəli sürülür!
Kriptovalyuta- bu gün onlayn ticarət üçün hazırlanmış maliyyə vasitəsidir. Ancaq sabah nə olacağını heç kim bilmir və bu insanları rahatsız edir.
Gələcəkdə kriptovalyutaların insan daxilində olacağına dair güclü bir şübhə var. Və bu 5G və jele çipsetlərin tətbiqi ilə gerçəkləşəcək.
Sual olunur, bu çipsetləri insan orqanizminə necə yerləşdirəcəklər?
Hə, işin rəngi burada daha da tündləşir. Başqa sözlə, pandemiya hay-küyü məhz bu zaman dövriyyəyə buraxılır.
Buna görə də Covid-19 tək virus kimi deyil, həm də gələcək dünyanın qurulmasında bir vasitə olduğu üçün təhlükəlidir.
Belə çıxır ki, jel şəkilli çipsetlər əslində "sağlamlıq"dan daha çox, insan həyatının tamamına nəzarət üçündür.
Bəli, bəli, bu qədər maliyyə vəsaiti Penitensiar sistemlərə, yəni həbsxanlara niyə xərclənsin ki?
Çipseti olan adam əli qandallanmış insana bənzəyir. Ancaq burada böyük bir üstünlük var. Axı, çipsetdə daim nəzarətdəsiniz. Kimsə qanunu pozarsa, anında cəzalandırıla bilər...Ən cüzi haqq tələbində belə, sənə aid kriptovalyuta dobdurula bilər, yəni hər an ac qala bilərsən və sair.
 Belə bir adamı təsəvvür etmək belə qorxuncdur. Çünki bu Allahın yaratdığı və ya təbiətin parçasına çevrilmiş insan yox, tanrısı transmilli elita olan bir zombi-adam olacaq.
Yeri gəlmişkən, koronavirus psixozu öncəsi və zamanı internetdə Bill Qeytsin Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreisus və yoluxucu xəstəliklərə qarşı immunoloq, ABŞ Milli Tibb Akademiyasının Şura üzvü doktor Entoni Fauci ilə əlaqələrinə dair bir sıra material dərc olunub.
Şayiələrə görə, 1991-ci ildə Fauci Amerika İncəsənət və Elmlər Akademiyasına üzv olanda onun uğuru Qeytslərin şəhərkənarı villasında qeyd olunub.
Baxmayaraq ki, bu gün bütün bu faktlar, əlaqələr inkar edilir, lakin bir müddət sonra həmişə olduğu kimi, özləri tərəfindən utanmadan təsdiq ediləcək.

Həqiqət həqiqətdir, onu gizləmək mümkün deyil!

Əgər deyilənlər yalandırsa, onda bu insanlar kimdir?
Bu və bənzər suallar xeyli çoxdur...
Məsələn, Uhanda nə baş verir?
Gillian nəyi və niyə təbliğ edir?
Unitiad nə işlə məşğuldur?
“Pandemiya” zamanı kim necə və nə qədər qazandı?
Axı bütün bunlar da həyatımızın həqiqətləridir, deyilmi?
Ancaq bu yazını başqa bir həqiqətlə başa vurmaq istərdik.
Bu yaxınlarda Qeyts və Fauci maskaları olmadan və sanitar məsafəyə əməl etmədən küçədə gəzərkən, Amerika mediasının obyektivinə yaxalanıblar. Halbuki ikisi də hər fürsətdə insanlardan ciddi şəkildə qaydalara uymağı tələb edirlər.
Marina Hall adlı bir Facebook istifadəçisi, buna etiraz əlaməti olaraq, "Polis maskaya görə səni dayandırarsa, sadəcə bu şəkli göstər."- yazaraq, paylaşma edir.

Lakin Zukerberq dərhal məsələyə müdaxilə edir və paylaşım bloklanır.
Səbəbini soruşursunuzsa, cavabı çox sadədir. Çünki o da Bill sayəsində artıq "sehrli güclər" dairəsindədir.

Bütün bunlarla yanaşı, fərəhləndirici faktlar da var.
Bu psixoz zamanı belə "sərgüzəştlərə" uymayan neçə-neçə dünya liderinə şahidlik etdik.
Onlardan biri Lukaşenkodur, ilk gündən dünya maqnatlarının toruna düşmədi.
Digəri isə Ərdoğandır, məsələnin mahiyyətini başa düşən kimi dərhal 180 dərəcə dönüş etdi və vətəndaşlarını müdafiə etməyə başladı. Əslində bu gözlənilən idi. Transmilli elitanın maraqları üzərində qurulmuş Davos forumunu tərk edən bir adamın, onlarla bir səfdə olması mümkün deyildi.
Xoşbəxtlikdən, belə liderlər çoxdur.
Qalanlarına gəlincə, Uca Allah hər şeyi görür!
Ya da təbiətin öz qanunu var!
Lütf və bədbəxtliyi isə hər kəs əməlinə görə alır!
P.S: Bəzi siyasilər qeyd edirlər ki, insanlar arasında hələ də karonavirusun varlığına inanmayanlar var. Bu kökündən yanlış fikirdir. İnsanların bu virusun pandemiya səviyyəsində olmasıyla əlaqədar şübhələri var.

0/Şərhlər

Previous Post Next Post