Vahid
mesajlaşma xidmətində yeni xüsusiyyətlər olacaq...
Ötən ilin əvvəlində
Facebook-un direktoru Mark Zuckerberg Messenger, Instagram Direct və WhatsApp-ın
vahid mesajlaşma platformunda birləşəcəyini söyləmişdi. Bu birləşmə əsasında
mesaj mübadiləsinin daha mükəmməl şəkildə şifrələnəcəyini də qeyd etmişdi.
İlk addım
kimi hələlik İnstaqram və Messenger-in birləşdirilməsinə start verilib.
ABŞ-dakı
IOS və Android istifadəçiləri, İnstagram-a daxil olduqları zaman ekranda yeni mesajlaşma
xidmətləri barədə məlumat gəldiyini söyləyirlər. Həmçinin, yeniliyin funksiyalarla
yanaşı, sosial şəbəkə xidmətinin dizaynında da olduğu bildirilir. Belə ki,
söhbət zamanı fərqli rəng kombinasiyaları ilə yanaşı, müxtəlif emosiya simgələrindən də istifadə etmək mümkündür. Bununla belə, hələ ki, indiyə qədər İnstagram
istifadəçiləri Facebook-a mesaj göndərə bilməyiblər.
Post a Comment