Топ-100 Koronavirus və 5G-də yeni həmlələr, yoxsa plan uğurla davam edir?

Koronavirus və 5G-də yeni həmlələr, yoxsa plan uğurla davam edir?


Şahin Əlioğlunun mərcəyində

Belarusiyadakı hadisələr bir şeyi aydınlaşdırdı: Lukaşenko bütün istiqamətlərdə rəqiblərinə güzəşt etdi. O, bir yandan Kremlin timsalında özünə dəstək tapdığını, digər tərəfdən isə Aİ ilə tam müzakirələrə hazır olduğunu bəyan etdi.
Seçkisonrası gərginlik dövründə diqqəti çəkən başqa bir məqam isə ölkədə koronavirusla bağlı statistikanın artıq daha geniş şəkildə yayılması oldu. Bu isə Transmilli elitanın Belarusiya kimi mühüm bir rəqib üzərində zəfər qazandığı mənasına gəlməlidir. Ancaq gizəmli güclərin qələbəsi təkcə bununla bitmir.
Xeyli vaxtdır ki, ayrı-ayrı mətbuat orqanları vasitəsi ilə dünya əhalisinin reaksiyası test edilməkdədir. Arzuedilən nəticə əldə olunan kimi həm Bill Geyts, həm də ÜST növbəti açıqlamalarını verdi.
Bill Geytsin pandemiyanın yeni dalğaları ilə bağlı bəyanatından dərhal sonra Ümumdünya Səhiyyə Təşkilatı yoluxmanın yeni həmlələri zamanı artıq qarantinə ehtiyacın olmadığını, lakin bütün dövlətlərdə insanların sürətlə peyvəndlənməsi barədə tövsiyələrini açıqladı.
İnanılmazdır, deyilmi?
Beynəlxalq institutun bir şəxsə bu qədər bağlı çalışması, təbii ki, onun nüfuzuna ciddi xələl gətirə bilər. Amma bu halın önəmsənməməsi,  istər-istəməz, insanı düşünməyə vadar edir.
Bu qurum həmçinin, ünsiyyət zamanı maskalardan istifadə etməklə və sosial məsafəni qorumaqla pandemiyanın qarşısını almağın mümkün olacağını da bildirib.
Bir qədər əvvəl isə BMT Baş katibi António Guterres qarantinə ehtiyacın olmadığını və məktəblərin ənənəvi fəaliyyətinin bərpası gərəkliyini bildirdi. Amma Baş katibi daha çox ölkələrin iqtisadi vəziyyəti, insanların sosial durumu və buradan yarana biləcək təhlükələr narahat etməyə başlayıb. Hansı ki, bu barədə “Edgunews”un aprel təhlillərində biz də demişdik (tıkla).
Düşünməyi bacaran adam təbii ki, açıq-aşkar insan zəkasıyla manipulyasiya edildiyini anlayacaqdır.
Bu arada, əgər bir müddət sonra Melinda Geyts tərəfindən evliliklər barəsində  qəribə fikirlər eşitsəniz, təəccüblənməyin. Çünki bu, transmilli elitanın həyata keçirmək istədiyi planın davamı olacaq.
Sonda xüsusi olaraq, toxunmaq istədiyimiz bir məsələ daha var.
Sosial şəbəkələrdə Türkiyədə artıq 5G-nin istifadəyə verilməsi və insanların bu yeni texnologiya üçün növbələrə durmaları barədə yalan məlumatlar yayılır. Həmçinin, qeyd olunur ki, guya 5G ilə internet sürət 100 Gbit/san-dir.
Bu qaragüruh anlamır ki, dünya indi çox kiçikdir, istənilən xəbərin doğru və yalan olduğunu anında və asanlıqla dəqiqləşdirmək olur. Belə ki, 5G Türkiyədə hələ də sınaq mərhələsindədir. Son testlərdə isə internet sürətinin saniyədə 24,7 Gbit-ə çatdırıldığı rəsmi şəkildə qeyd olunub. Əgər bu yeni texnologiya bütün sınaqlardan uğurla keçsə, onun tətbiqi 2021-ci ilin iyul ayında gerçəkləşə bilər. Digər tərəfdən, 5G-nin hansı sahələr üzrə tətbiq ediləcəyi də, hələlik, bilinmir.
Təbii olaraq qarşımıza, bəs niyə Türkiyə faktoru qabardılır?- şəklində sual çıxa bilər.
Məsələ bundan ibarətdir ki, son zamanlar Azərbaycan ilə Türkiyə arasında sürətli yaxınlaşma baş verir. Bilindiyi kimi beynəlxalq güclər isə hər bölgəni öz xüsusiyyətinə görə ram edirlər. Deyəsən, Azərbaycandakı əlaltıları insanları məhz bu duyğular üzərindən istismar etməkdədirlər.
İstənilən halda, həqiqət həqiqət olaraq qalır. Pandemiya psixozunda növbəti mərhələyə start verilib...
Şahin Əlioğlu


0/Şərhlər

Previous Post Next Post