16 oktyabrda Paris yaxınlığında naməlum bir kişi məktəb müəlliminə hücum edərək onu öldürüb. Qətlə səbəb müəllimin sinifdə uşaqlara Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirməsi olub.
Hadisəyə münasibət bildirən Fransa prezidenti Makron
bundan sonra da sərbəs şəkildə peyğəmbərin karikaturalarının çəkiləcəyini qeyd
edib.
Rəsmi Paris bununla kifayətlənməyib.
Fransa Daxili İşlər Nazirliyinin əməkdaşları müsəlmanlara
hücum etməyə və məscidləri bağlamağa başlayıb.
Yaranmış vəziyyəti hər nə qədər seçkiqabağı vəziyyət
ilə əlaqələndirsələr də, əslində Yelisey sarayı müsəlmanlara qarşı sistemli
basqı siyasəti həyata keçirməkdədir.
Fransanın müsəlman əhalisi müəllimin qətlə yetirilməsi
aksiyasının da Fransa hökuməti tərəfindən təşkil edildiyini söyləyirlər. Müəllimin
başının kəsməklə qətlə yetirilməsində məqsəd isə xristian topluma müsəlmanların
nə qədər vəhşi olduğu ismarıcını vermək olub. Bir sözlə, Paris qaşınmayan yerdən
qaş çıxarmaqla məşğuldur, atəşlə oynayır.
Yeri gəlmişkən, Fransanın Ermənistan-Azərbaycan
münaqişəsində İrəvanın mövqeyini qeyd-şərtsiz müdafiə etməsi bu xristian həmrəyliyi
ilə izah olunur.
Vəziyyət o yerə çatıb ki, Fransa hüquq-mühafizə
orqanları cümə namazı vaxtı məscidlərə hücum edir və insanları zorla məscidlərdən
çıxarır. Bütün bu kimi qeyri-humanist aktları icra edən bir ölkənin Azərbaycandan
insan hüquqlarına sayqılı yanaşmağı tələb etməsi acı təbəssüb doğurur. Halbuki,
Azərbaycanın insan hüquqlarının pozulması istiqamətində, başqa sözlə ermənilərə
qarşı hər hansı bir qeyri-humanist addım atmasına rast gəlinməyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, belə bir bəsirətsiz
davranışına görə Makronu ruhi xəstə adlandırıb.
Paris, Türkiyə Prezidentinin Makronu psixoloji cəhətdən
nataraz adlandırmasından sonra Ankaradakı səfirini məsləhətləşmələr üçün geri
çağırıb.
Post a Comment