Топ-100 ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici işlər nazirləri görüşdü.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici işlər nazirləri görüşdü.

Görüşün Azərbaycan üçün nəticəsi...

Oktyabr 30-da Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanlı həmkarı Zöhrab Minasakanyanla görüşü oldu.

Nazirlər ayrılıqda Minsk qrupu həmsədrlərinə mövqelərini təqdim etdikdən sonra vasitəçilərin iştirakı ilə danışıqlara başladı.

Azərbaycanın xarici diplomatiya rəhbəri Ermənistan hərbi-siyasi rejiminin beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, qadağan edilmiş silahlarla mülki vətəndaşlara atəş açmsının, törətdiyi hərbi cinayətlərin qəbuledilməz olduğunu bildirib.

Ceyhun Bayramov Azərbaycanın konstruktiv mövqeyindən də danışıb. Bakının birtərəfli qaydada erməni cəsədlərini və yaşlı erməni qadınını Ermənistan tərəfinə təhvil verdiyini qeyd edib. Daha sonra nazir beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq təşkilatların qərar və sənədlərini əsas götürməklə, münaqişənin həllinin mümkünlüyünü bəyan edib.

Görüşdən sonra ATƏT-ın Minsk qrupu həmsdərlərinin dörd maddəlik bəyanatı yayımlanıb.

Bəyanatda qeyd olunur ki, hər hansı ön şərt irəli sürmədən tərəflər aşağıdakı addımları atmağı qəbul edirlər:

1. Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini, qeyri-hərbi obyektləri hədəf seçməyəcəklər;

2. Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətini asanlaşdıracaq məqsədilə təhlükəsizlik zəmanəti verməklə, döyüş sahəsindəki cəsədlərin toplanmasının və mübadiləsinin həyata keçirilməsi istiqamətində fəal iştirak edəcəklər;

3. Tərəflər bir həftə ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi vəATƏT-in şəxsi nümayəndəsinin ofisinə mümkün mübadiləni təmin etmək məqsədi ilə həbsdə olan hərbi əsirlərin siyahısını təqdim edəcəklər;

4. Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində tərəflərlə intensiv çalışmağa davam edəcəklərini də bəyan ediblər.

Bəyanatda diqqəti çəkən məqam bundan ibarətdir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri 10 oktyabr Moskva bəyanına uyğun olaraq, münaqişənin hərtərəfli həlli üçün əsas elementlər üzrə mövqelərini aydınlaşdırmağa çalışmışlar.

Bizim şərh: Sənədin cəbhədə əməliyyatların saxlanılmasına xidmət edən yanları var və buna yol vermək olmaz. Bir həftəlik fasilə ciddi bir zamandır. Bu istiqamətdə atılmış hər hansı kiçik bir güzəşt, gələcəkdə Azərbaycan üçün, olduqca, ciddi problemə çevriləcək. 

Edgunews

0/Şərhlər

Previous Post Next Post