Топ-100 Ermənistan cəbhədə ağır itkilər verərərk geri çəkilir

Ermənistan cəbhədə ağır itkilər verərərk geri çəkilir

 


Məlum olduğu kimi 2020-ci il, sentyabr ayının 27-də səhər saat 6:00-da Ermənistan bütün sərhəd boyu Azərbaycan ərazisinə hücum etmişdir. Azərbaycan Respublikasının ordusu ermənilərin bu təxribat xarakterli əməllərinin qarşısnı aımaq üçün əks-hücma keçib.

Təqribən, 30 il idi ki, Azərbaycan ərazisi erməni işğalları altında idi. Erməni tapdağı altında olan əraziləri Azərbaycan ordusu qətiyyətlə işğaldan azad etməkdədir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edilməsi məqsədilə Azərbaycan ordusu erməni silahlı ünsürlərinə sarsıdıcı zərbələr vurulur.

Azərbaycan Müdafiə Nazirliyinin oktyabr ayının 2-nə olan məlumata görə Azərbaycan ordusu ermənilərin

230-a qədər tank və digər zirehli texnikası

250-ə qədər artilleriya, yaylım ateşli raket sistemi, minaatanı

38 ədəd hava hücumundan müdafiə sistemi

10 komanda idarəetmə və komanda müşahidə məntəqəsini

130-dan artıq avtomobil

1 ədəd S-300 zenit-raket qurğusunu  məhv edib.

Həmçinin, 2300-dən çox canlı qüvvəsi sıradan çıxıb.

Azərbaycan ordusu qarşısında aciz qalan erməni qüvvələri Azərbaycanın yaşayış məntəqələrini artilleriya və raket atəşlərinə tutur. Nəticədə 20-ə yə qədər mülki vətəndaş həlak olub, təsərrüfat strukturuna xeyli zərər dəyib. Həlak olanlar arasında 3 nəfər uşaq da var.

İnsidentlə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu cinayət işi açıb.

Azərbaycan ordusu sürətlə irəliləməyə davam edir. Ermənistan silahlıları mövqelərini tərk edib qaçmaqdadırlar.

0/Şərhlər

Previous Post Next Post