Топ-100 Ermənistan hümanitar məqsədli atəşkəsi pozur

Ermənistan hümanitar məqsədli atəşkəsi pozur

Məlum olduğu kimi oktybrın 9-da Moskvada Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmuşdu.

11 saat sürən bu danışıqlarda tərəflər humanitar atəşkəs barədə razılığa gəlmişdilər.

Lakin cəbhədən əldə edilən məlumata görə danışıqlar zamanı belə ermənilər prosesi pozmağa çalışıblar. Azərbaycan ordusu əks-həmlə ilə cəbhənin həm cənub, həm də şimal istiqamətində hücum edən ermənilərin qarşısını alıb.

Bu gün, gündüz saat 12:00 radələrində ermənilər yenə də atəşkəsi pozub və Azərbaycan mövqelərinə hücuma cəhd edib. Lakin anındaca ermənilərə sərt cavab verilib. Hazırda cəbhədə atəş səsləri zaman-zaman eşidilməkdədir. Bu faktı həm Azərbaycanın Müdafiə, həm də Xarici İşlər naziri rəsmən təsdiqləyirlər.


0/Şərhlər

Previous Post Next Post