Топ-100 Ermənistanın beynəlxalq cinayətinin mahiyyəti

Ermənistanın beynəlxalq cinayətinin mahiyyəti

 


Azərbaycanın silahlı qüvvələrinin cəbhə xəttində ermənilərə qarşı uğurlu hərbi əməliyyatları davam edir. Ermənistanın işğal etdiyi ərazilər bir-birinin ardınca Azərbaycan ordusu tərəfindən azad edilir.

Oktyabrın 4-də Azərbaycan qüvvələri tərəfindən Cəbrayıl şəhəri və bir neçə kənd azad olundu.

Bundan əvvəl, 3 oktyabrda Qarabağın şimal və cənub hissələrində bir neçə yaşayış məntəqəsi və strateji yüksəkliklər də fəth edilmişdi.

Cəbhə xəttində məğlubiyyətə uğrayan Ermənistan Azərbaycanın mülki əhalisi üzərinə, yaşayış məntəqələrinə raket və artilleriya qurğuları vasitəsi ilə atəş etməkdədir.

Ermənistan bu dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni beynəlxalq normalarla qadağan olunmuş müşket bombaları ilə vurdu.

Sual yaranır, niyə Ermənistanın hərbi-siyasi rəhbərliyi bunun hərbi cinayət olduğunu bilə-bilə belə bir təxribata əl atır?

Obrazlı şəkildə desək, boğulan saman çöpündən yapışar. Həqiqət budur ki, ermənilər cəbhədə məğlub olur və sürətlə geri çəkilir.

Belə görünür ki, Ermənistan hərbi-siyasi rejimi bu cür təxribatlara əl ataraq, düşdüyü bu ağır vəziyyətdən çıxmağa çalışır.

Bəs bu təxribatın mahiyyəti nədən ibarətdir?

Yuxarıda qeyd edildiyi kimi, bu gün Ermənistan Azərbaycan Respublikasının Gəncə şəhərini “Smerch” raketləri və misket bombaları ilə atəşə tutdu. Bununla da Yerevan rəsmi Bakını yanlış addım atmağa sövq etmək niyyətindədir. Başqa sözlə, Azərbaycan ordusunun bölmələrinin Ermənistan ərazisinə hücumunu gözləyir. Beləliklə, rəsmi Yerevanın Bakını ittiham etməsi üçün əlində bariz bir səbəbi olacaq. Yəni bu, Azərbaycanın beynəlxalq hüquq normalarını və Ermənistanın suveren sərhədlərinin, ərazi bütövlüyünün pozulması mənasına gələcək. Bu da rəsmi Yerevana dünya nəzdində hay-küy salmaq üçün bəhanə olacaq.  Ən əsası, KTMT-nin münaqişəyə aktiv müdaxiləsini tələb edə biləcək.

Ancaq görünən odur ki, Bakı ermənilərin bu məkrli planından xəbərdardır və öz planına uyğun olaraq, Qarabağdakı işğal ərazilərinin azad olunması uğrundakı mübarizəsini davam etdirməkdədir.

Digər tərəfdən, bu o demək deyil ki, Ermənistan Azərbaycanın yaşayış məntəqələrini bombalamağa davam edərsə, Azərbaycan da öz növbəsində Ermənistandakı hərbi obyektləri məhv etməyəcəkdir.

Hələlik isə Azərbaycan silahlı qüvvələri işğal olunmuş ərazilərini erməni hərbçilərindən, həmçinin, Suriya və Livandan gələn  muzdlulardan və terrorçulardan təmizləməkdədir.



0/Şərhlər

Previous Post Next Post