Ermənistanın hərbi-siyasi
rejimi mülki əhaliyə raket və top atəşini daha da intensivlədirmək niyyətindədir.
Eyni zamanda Yerevan İskəndər əməliyyat-taktiki kompleksinin köməyi ilə belə bir
zərbə vurmağı planlaşdırır.
Yerevan bu raketlərlə
Azərbaycanın beynəlxalq enerji və nəqliyyat sistemlərini də vurmaq istəyir.
Ancaq ən
sensasiyalı xəbər Ermənistanın öz ərazilərinə, əhalinin sıx yerləşdiyi mülki
yaşayış məntəqələrinə zərbə endirə biləcəyidir. Ermənilər hətta öz xalqına qarşı
belə bir cinayət törətməklə, beynəlxalq aləm qarşısında Azərbaycanı
ittiham etmək və Rusiyanın bu bölgəyə aktiv müdaxiləsini təmin etmək istəyirlər.
Bununla əlaqədar
olaraq, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu cür təxribatlar olduğu təqdirdə
Ermənistanın müvafiq cavab alacağını bildirdi.
Post a Comment