Salam Edgü
TV-in "Gün" informasiya buraxılışına xoş gəlmisiniz. Oktyabr ayının
11-də gecə saat 2 radələrində Ermənistanın Vardenis ərzasindən Azərbaycanın Gəncə
şəhəri raket zərbələrinə məruz qalmışdır.
Azərbaycan
Respublikası BaşProkurorluğunun verdiyi məlumata görə bu hərbi cinayət nəticəsində
9 nəfər ölmüş. 34 nəfər yaralanmışdır. Ölən və yaralılar arasında qadınlar və
uşaqlar var. Eləcə də 30-dan çox ev, 50-yə qədər iş yeri dağılıb, xəsarət alıb.
Bundan əlavə ermənilər Azərbaycanın Tərtər, Mingəçevir, Ağdam və Ağcabədi şəhər və rayonları zenit-artelleriya qurğularından atəşə tutmuşdur.
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev ermənilərin atəşkəs rejimində Azərbaycanın şəhər və rayonlarına hücumunu Beynəlxalq hüquq normalarına,ən əsası Rusiyanın vasitəçilik missiyasına hörmətsizlik dəyərləndirib. Baş vermiş bu hərbi cinayətə görə ermənilərə gərəkən cavabın veriləcəyini açıqlayıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev baş vermiş bu vandalizmi Xocalı soyqırımının davamı kimi qiymətləndirib.
Bu arada
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edib ki, gecə saatlarından
etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ətraf rayonlarındakı
mövqelərinə dəqiq zərbələr endirib, xeyli sayda canlı qüvvə və hərbi texnika məhv
edilib. Azərbaycan ordusu qarşısında aciz qalan ermənilər mövqelərini tərk edərək,
panika içərisində qaçıblar. Ümumiyyətlə, erməni hərbçiləri arasında fərarilik
sürətlə yayılmaqdadır.
Post a Comment