Топ-100 Gürcüstanda yeni qaydalarla parlament seçkiləri keçirilir

Gürcüstanda yeni qaydalarla parlament seçkiləri keçirilir


Oktyabrın 31-də da Gürcüstanda yeni qaydalar əsasında parlamentə seçkilər keçirilir.

Seçkilərdə 150 mandat uğrunda 48 partiya və 2 seçki blok mübarizə aparır.

120 yer proporsional qaydada ictimai-siyasi qurumlar üçün, 30 yer isə mojaritar namizədlər üçün ayrılıb.

Xatırladaq ki, partiyalar üçün parlamentə giriş həddi 1% müəyyənləşib. Əvvəllər bu rəqəm 5% təşkil edirdi.

Yerli ekspertlərin fikrinə görə seçkilərdə hakim "Gürcüstan arzusu" siyasi blokunun və ya müxalif Vahid Milli Hərakatın qalib gəlməsindən asılı olmayaraq, Gürcüstan özünün Avropayönlü siyasətindən imtina etməyəcək.

0/Şərhlər

Previous Post Next Post