Топ-100 Hərbi sirr və real vəziyyət

Hərbi sirr və real vəziyyət


Movzumuza bir neçə sadə sualla başlayaq.

Məsələn, hərbi sirr nədir?

Dövlət hansı sirrləri qorumaqda mükəlləfdir?

Müharibə zamanı qorunması gərəkən informasiyalar nələr olmalıdır?

İndisə bu suallara sadə cavablar tapmağa çalışaq.

Hərbi sirr dövlət tərəfindən xüsusi qrif altında qorunan bilgilərdir. Dövlətin təkcə hərbi deyil, həm də iqtisadi, texnoloji və s. sirləri olur.

Qayıdaq hərbi sirlər üzərinə.

İlk ömcə qeyd edək ki, hərbi sirr-hərbi akt və əməliyyatların xəritəsi kimi başa düşülməlidir.

Buraya:

1.Strateji və operativ planlamalar;

2. döyüş əməliyyatlarının idarəsi və tətbiqi barədə qəbul olunmuş sənədlər;

3. qoşun növləri, onların kəmiyyəti və daimi məskunlşma yerləri, yerdəyişmə istiqamətləri ilə bağlı bilgilər;

4. texniki-təhcizat və keyfiyyət səviyyəsi;

5. xüsusi qriflər altında qorunan digər məlumatlar daxildir.

Xüsusi qrif altındakı sirlərə cari və yaxud spontan vəziyyətlə yaranmış informasiyalar da aid olur.

Bu baxımdan hərbi sirrə həm də yazışma, məlumat mübadiləsi sirri kimi baxmaq lazımdır.

Lakin hərbi sirri daha anlamlı edən başqa bir mühüm amil də var. Bu da hərbi əmanətlərin, eləcə də töhvələrin və uğurların müəyyən edilmiş zaman müddətinə qədər qorunub saxlanması halıdır.

Hərbi sirlər səviyyəsinə görə bir neçə kateqoriyaya bölünür.

1. Gizli bilgilər;

2. Xüsusi qrif altında qorunan sənədlər;

3. Əlahiddə əhəmiyyətli xüsusi sənədlər.

Əlahiddə əhəmiyyətli xüsusi sənədlər yalnız yüksək çinli və yüksək vəzifəli mühüm personallara açıq olur.

Müharibə zamanı bir sıra gizli bilgilər əlahiddə əhəmiyyətli xüsusi məlumat ola bilir.

İnanmaq istərdi ki, müharibə edən bir ölkənin vətəndaşı kimi üzərimizə düşən vəzifənin ciddiliyini başa düşə bilirik.

Personal baxımından Ali Baş Komandan gərəkli addım atıldığını oktyabrın 25-də hərbi heyətlə müşavirə zamanı bildirdi. Yəni mövcud nöqsan və qüsurların aradan qaldırılması istiqamətində konkret addımların atıldığını bəyan etdi. Hansı ki, bu nöqsanlar ordumuzun sürətli irəliləməsinə bu və ya digər şəkildə maneə olub.

Əziz soydaşlar, lütfən, xalq olaraq, biz də məsuliyyətli olaq. Bilgi paylaşımında yalnız rəsmi qurumların bəyanlarına istinad edək. Unutmayaq ki, təkcə foto və videolar deyil, ən kiçik xəbər belə qarşı tərəfə ciddi məlumat depolaya bilər.

Bir örnəklə fikirimizə aydınlıq gətirək.

Bir neçə gün bundan əvvəl ermənilər tərəfindən Laçın rayonunun konkret bir bölgəsinin Ermənistan ərazisindən artilleriya atəşinə tutulması barədə xəbər yayıldı. Az müddət sonra həmin informasiya qaldırılsa da, artıq ox yaydan çıxmışdı. Erməni rəsmiləri ciddi yanlışa yol vermişdilər. Belə ki, həmin xəbərin təhlili erməni silahlı qüvvələrinin bəhsi gedən bölgədəki vəziyyəti barədə konkret fikir formalaşmasına imkan verdi. Geriyə, bu xəbərin nə qədər etibarlı olmasını dəqiqləşdirmək qalırdı.

Ona görə də həm düşmənlə üz-üzə şücaət, qəhrəmanlıq göstərən hərbi personal, həm də  əhali foto, video və bilgi paylaşımında ehtiyatlı olmalıdır.   

Şahin Əlioğlu  

 

 

 

 

 

0/Şərhlər

Previous Post Next Post