Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında humanitar
atəşkəsin elan edilməsinə toplumlar fərqli şəkildə reaksiya verib. Məsələn,
məğlub və əzilən ermənilər bunu sevinclə, Azərbaycan tərəfi isə rahatsızlıqla
qarşılayıb. Xalqın rahatsızlığına səbəb 27 il ərzində erməni işğalı
altında olan torpaqların danışıqlar yolu ilə azad edilməməsindən qaynaqlanır.
Bu analizdə məqsədimiz
atəşkəsin kimə, nə kimi dividentlər qazandırması haqqında mülahizələr
yürütməkdir.
Başlayaq Rusiyadan. Moskva üçün bu atəşkəs
niyə lazım idi?
Birincisi, heç kəsə sirr
deyil ki, Vladimir Putin Rusiyadakı ermənilərin və ermənipərəst qüvvələrin
ciddi basqısı altındadır. Kremldən ermənilər lehinə konkret addımlar atmaq
tələb olunur. Hərçənd, Rusiyanın son orta əsrlərdən qalma dövlət siyasəti də
bunu tələb edir. Bütün bunlara rəğmən, Rusiya prezidenti praqmatik mövqe
sərgiləməyə çalışırdı. Nəhayət, son anda Putin tərəflərdən humanitar atəşkəs
istəməklə bir neçə dovşan vurmaq qərarına gəldi.
İlk öncə, Putin:
1.Ermənilərə və
ermənipərəst qüvvələrə konkret addım atdığını göstərdi.
2. Daha sonra
atəşkəs zamanı cəbhə bölgəsindən Ermənistana gedəcək erməni cəsədlərinin
Putinin gözdən çıxardığı Paşinyanın mövqeyinə ciddi şəkildə təsirinə nail
olacaq.
3. Ən əsası isə
oktyabrın 12-də Cenevrədə ATƏT-in Minsk qrupunda Ermənistan-Azərbaycan
münaqişəsi müzakirə ediləcək. Bu görüşü təşkil etməklə, Moskva bölgədə
vəziyyətə nəzarət etdiyini və kənardan hər hansı müdaxiləyə qarşı olduğunu
nümayiş etdirmiş oldu.
Ermənilər üçün isə bu
atəşkəs hava-su kimi lazım idi. Əvvəla ona görə ki, psixoloji əzikliyi
üzərlərindən qaldırmağa imkanları olacaq. Hər nə qədər Yerevan gizlətsə də,
cəbhədə ölən erməni əsgərləri ilə yanaşı, xeyli sayda fərari var.
Bütün bunları önləmək lazım idi. Həmçinin, cəbhənin təminatındakı sıxıntıları
aradan götürməyə zamanı olacaq. Ən əsası isə ermənilər birinci Qarabağ
müharibəsindəki taktika ilə itirilmiş mövqelərini bərpa etmək niyyətində idi.
Məlum olduğu kimi 1992-ildə İranda danışıqların getdiyi bir zamanda ermənilər
Şuşa şəhərini ələ keçirmişdilər.
Bu atəşkəsin Azərbaycana
faydasına gəlincə;
Birincisi, masa arxasında
oturacaq yeni gücü müəyyənləşdirdi və bu gücün Türkiyə olduğunu açıq-aşkar
göstərmiş oldu.
İkincisi isə müharibənin
ikinci mərhələsinə hazırlıq məqsədilə qoşunun yenidən dislokasiyası vacib idi. Azad edilmiş ərazilərdə möhkəmlə işlərinin aparılması da olduqca vacibdir.
Həmçinin, digər taktiki-texniki işlər də həyata keçirilməlidir. Bu isə o
deməkdir ki, ermənilər işğal etdiyi ərazilərdən qısa zamanda çəkilməsə, onları daha
acı aqibət gözləyir. Yəni Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək
istiqamətində hərbi əməliyyatlara xeyli sərt və əhatəli şəkildə start
verəcək.
Şahin Əlioğlu
Post a Comment