Топ-100 Kərim Benzemadan 2 qol , 1 məhsuldar ötürmə

Kərim Benzemadan 2 qol , 1 məhsuldar ötürmə


İspaniya “La Liga”-da 8-ci tura start verilib.Günün matçı Madriddə baş tutub.Paytaxt təmsilçisi “Real Madrid” “Huesca”-nı qonaq edib.Oyunda hesabı Eden Hazard açıb.Belçikalı uzaq məsafədən topa zərbə endirərək topu tora qovuşdurub.Bu qol 40-cı dəqiqəyə təsadüf edib.Beş dəqiqə sonra Kərim Benzema ilk hissənin hesabını təyin edib.2-0.

İkinci hissənin 54-cü dəqiqəsində Valverde Kərim Benzemanın ötürməsini qola çevirib.Lakin 75-ci dəqiqədə Fereyro hesab arasındakı fərqi iki topa endirib.Buna baxmayaraq, Kərim Benzema dubl edərək darmadağını rəsmiləşdirib.Oyun 4-1 hesabı ilə başa çatıb.

0/Şərhlər

Previous Post Next Post