Топ-100 Moskvada Azərbaycan-Ermənistan danışıqları 11 saat çəkdi

Moskvada Azərbaycan-Ermənistan danışıqları 11 saat çəkdi

Yeniləndi

Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş təqribən 11 saatlıq danışıqlardan sonra başa çatdı.

Putinin təşəbbüsü ilə keçirilən bu görüşün nəticələri barədə mətbuata ilk açıqlama Rusiya Xarici İşlər Naziri Sergey Lavrov tərəfindən verildi. Lavrov qeyd etdi ki, 10 oktyabr saat 00:00-dan etibarən tərəflər arasında atəşkəsi rejimin başlanmasına hər iki tərəf razılıq vermişdir.

Atəşkəs insani xarakterlidir, yəni cəsədlərin döyüş meydanından götürülməsi və əsir mübadiləsini əhatə edir. Atəşkəsin parametrləri və müddəti əlavə olaraq, tərəflər arasında müzakirə olunacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bəyanat verməməsi vəziyyətin olduqca həssas olmasına işarə edir.

Təkrara yol vermiş olsaq da xatırladaq ki, Ermənistan tərəfi atəşkəs, Azərbaycan isə işğalçı Ermənistan Silahlı Qüvvələrinin öz ərazisindən çəkilməsi qarfikini və Rusiya ilə Türkiyənin bu geriçəkilmədə zəmanətçi dövlət kimi çıxışnı istəyir.



Moskvada Azərbaycan-Ermənistan danışıqları 7-ci saatında


Noyabr ayının 9-da Moskvada Rusiyanın vasitəçiliyilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş keçirilməkdədir.

Görüş 6 saatdan artıq bir müddətdir davam edir.

Putinin təşəbbüsüilə keçirilən bu danışıqlarda atəşkəsin müzakirə ediləcəyi bildirilir. Lakin görüşün bir bu qədər uzaması, Azərbaycanın məsələyə münasibətdə xeyli israrlı olmasından xəbər verir.

Xatırladaq ki, Ermənistan tərəfi atəşkəs, Azərbaycan isə işğalçı Ermənistan Silahlı Qüvvələrinin öz ərazisindən çəkilməsi qarfikini və Rusiya ilə Türkiyənin bu geriçəkilmədə zəmanətçi dövlət kimi çıxış etməsini istəyir.

0/Şərhlər

Previous Post Next Post