Топ-100 Trabzonspordan Azərbaycana dəstək

Trabzonspordan Azərbaycana dəstək

Türkiyə Super liqasında 7-ci turun oyunları start götürüb.Trabzonspor doğma meydanda İstanbulun Kasımpaşa klubunu qonaq edib.Oyundan əvvəl vəfat edən Türkiyənin sabiq baş naziri Məsut Yılmaz və İzmir zəlzələsində həyatını itirənlər üçün 1 dəqiqəlik sayğı duruşu edilib.Tribunalarda “Keçmiş olsun İzmir” pankartları yerləşdirilib.Eləcə də stadionun qərb tribunasında Azərbaycan bayrağı açılıb.Azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq” təzahüratı ediblər.Xatırladaq ki, oyun Kasımpaşanın 3-4 hesablı qələbəsi ilə yekunlaşıb.

0/Şərhlər

Previous Post Next Post