Топ-100 Zəngilan şəhəri işğaldan azad edildi

Zəngilan şəhəri işğaldan azad edildi

 


Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən saatlarda xalqa müraciət etdi.O, aşağıda adları çəkilən kəndlərin və eləcə də Zəngilan şəhərinin azad edilməsi haqqında şad xəbəri xalqa çatdırdı.

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng kəndləri.Azərbaycan Respublikasının Prezidenti Vəng kəndinə yeni ad verdi.Vəng kəndi bundan sonra Çinarlı kəndi adlanacaq.

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edildi.

0/Şərhlər

Previous Post Next Post