5G
texnologiyası haqqında məlumatımız var.Bu ilin ən çox mübahisə predmetinə
çevrilən 5G dünyada bir qrup insan tərəfindən dəstəklənsə də əleyhinə çıxanlar
da çoxdu.Çin 5G texnologiyası üçün 80 min stansiya qurub.Bu sayın 130 minə qədər
artırılacağı da dövlət rəsmiləri tərəfindən dilə gətirilir.Digər tərəfdən
texnologiyanın insan səhhətinə vuracağı zərərlər də dünya mətbuatında tez-tez səsləndirilir.Ona
görə Polşa timsalında bir neçə dövlət 5G-ə qadağa gətirib.Yəqin buna görə də Çin,
Yaponya, Cənubi Koreya və ABŞ 6G-in hazırlanmasına start verib.Bu yaxınlarda 6G-ni
sınaqdan çıxarmaq üçün Çin orbitə peyk göndərib.Çinin “Huawei” şirkətinin 6G ilə
bağlı çalışmaları yerli mətbuata sızmışdı.Eləcə də Yaponyanın və Koreyanın
dünya səviyyəli şirkətləri də hazırlıq işləri görməyə başlayıblar.ABŞ-ın “Google”
və “Apple” şirkətləri də 6G üçün bir qrup mütəxəssizin sınaqlar keçirdiyini KİV-ə
açıqladı.
6G nədir?
6G 5G
texnologiyasının xələfidir.Bu innovasiya 4K keyfiyyətli, 3 saatlıq videonu 1
saniyə ərzində endirmək imkanı verəcək.1TB/saniyə sürəti hədəfləyən 6G,
avtomobilləri uzaqdan sürücüsüz idarəsinə imkan verəcək.Eləcə də insan beyni
virtual məkana qoşula biləcək.Bu sayədə insanların səhhəti ilə bağlı analizlər
saniyələr içində telefonuna göndəriləcək.Əvvəlcədən yaşaya biləcəyimiz xəstəliklər
haqqında raport hər an əlimizin altında olacaq.Bu da 5G və 6G haqqındakı şaiyələrin
gerçək olduğunu göstərir.2030 ilinə qədər texnologiyanın tətbiqi
planlaşdırılır.
Zərərləri
nələrdir?
Fəsadları
təbiki 5G-dən daha çox olacağı da məlumdur.100 dəfə daha sürətli məlumat
depolama, çatdırma və eləcə də uzun məsafələri saniyələr qədər qısalda bilən bu
texnologiya yüksək şüalanma mənbəyi olacaq.Məhz buna görə Çində tədqiqat qrupu yaradılıb.
Post a Comment