Hollandiyanın "RTL
Nieuws" televiziya kanalının müxbiri Daniel Verlaan Avropa Birliyi Müdafiə
Nazirlərinin gizli videokonfransının şifrəsini ələ keçirib və tədbirə qoşulub.
Tədbir iştirakçıları
qonağın "qəfil gəlişini" gəhqəhələrlə qarşılasalarda, AB-nin xarici əlaqələr
və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Jose Borrell, "müdaxiləçi"yə
gizli konfransda olduğunu xəbərdarlıq edib.
Jurnalist bunu bildiyini
və Hollandiyalı jurnalist olduğunu deyib. Daha sonra konfransın işini pozduğuna
görə üzr istəyib.
Daniel Verlanın çalışdığı
televiziya qurumu jurnalistin "Twitter"də paylaşılan şəkil üzərindən
bir neçə cəhddən sonra videokonfransın şifrəsini sındıra bildiyini açıqlayıb.
Hollandiya Müdafiə
Nazirliyinin mətbuat katibi isə üzərində ünvan və şifrənin olduğu fotoşəkilin
"Twitter"də səhvən verildiyini, bununla belə, Daniel Verlandan
hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini qeyd edib.
Aşağıda həmin vaqedən kiçik bir video paylaşırıq:
Post a Comment