Топ-100 “Aljazeera” tərəsizliyini pozdu, lakin ermənilərin məğlubiyyətini də etiraf etdi

“Aljazeera” tərəsizliyini pozdu, lakin ermənilərin məğlubiyyətini də etiraf etdi

 

Noyabr ayının1-də “Aljazeera” nın ingilis redaksiyası Dağlıq Qarabağdan reportaj yayımlayıb.

Elə ilk dəqiqələrdən reportajın qərəzli olduğu açıq-aydın müşahidə olunur. Müxbir Bernard Smit bu təqdimatında Türkiyənin öz müttəfiqi Azərbaycana hər cür dəstək verdməsindən, Rusiyanın isə Ermənistanı meydanda tənha buraxmasından danışıb. Və o, bu “fakt” üzərindən məzlum erməni imici formalaşdırmağa, bununla da dünya ictimaiyyətini Ermənistana hər dürlü dəstəyə təşviq eməyə çalışıb.

“Aljazeera”nin müxbiri reportajının sonrakı qismində hər nə qədər tərəfsizliyini qorumağa çalışsa da, duyğuları buna ciddi şəkildə mane olub.

Bununla belə erməni rəsmilərə istinad edən “Aljazeera” əməkdaşı təsdiqləyib ki, Azərbaycan ordusu Xankəndinin cənubunda yerləşən və strateji cəhətdən mühüm məntəqə olan Şuşa şəhərinə doğru sürətlə irəliləməkdədir. Ona Qondarma DQR-in rəhbəri Azərbaycan Silahlı Qüvvələrinin Şuşanın, təxminən, 3 km məsafədə olduğunu bildirib.

Xatırladaq ki, bu reportaj noyabr ayının 1-də yayımlanıb. Bu gün isə noyabr ayının 3-dür və dünyanın ayrı-ayrı media təmsilçiləri Azərbaycan ordusunun Şuşanın tam yaxınlığında, gözlə görünən məsafəsində olduğunu birmənalı təsdiqləyirlər.

0/Şərhlər

Previous Post Next Post