Donald Trump və Joe Biden ABŞ seçicilərinə son müraciətlərini etdilər.
Noyabr ayının 3-də Amerikalı seçicilər Donald Trampın
Ağ Evdə daha dörd il qalıb-qalmayacağına qərar verəcəklər.
Barak Obamanın dövründə vitse-prezident vəzifəsində
çalışan Demokrat namizəd Joe Biden Respublikaçı prezidentə qarşı mübarizə
aparır.
Bəs bu seçkinin taleyini hansı ştatlar həll edəcək?
ABŞ seçki sisteminə görə namizədlərin 538 seçici səsindən
270-nı qazanması lazımdır. Birləşmiş Ştatlarda ayələtlərin səs kvotası fərqlidir.Bu
mənada təxmin edilir ki, mübarizə əsasən
xəritədə göstərilən yerlərdə gedəcək. Çünki digər yerlərdə seçicilər
sabit qaydada səs verirlər.
Post a Comment