Топ-100 Aralıq dənizində Türkiyə gəmisinə hücum olub

Aralıq dənizində Türkiyə gəmisinə hücum olub


"İrini Əməliyyatı"
  adl altında Avropa Birliyinin missiyasını yerinə yetirən və Yunanıstanın komandanlığı altında fəaliyyət göstərən bir Alman freqatı bazar ertəsi günü Liviyaya şərqi Aralıq dənizi yolu ilə humanitar yük daşıyan Türk gəmisinə hücum edib.

ROSELINA-A adlı yük gəmisinin Misrate limanına gedən yolu saatlarla bağlanıb.

Xatırladaq ki, İrini əməliyyatı BMT-nin Liviyaya silah embarqosunu tətbiq etmək üçün bu ilin əvvəlində başlayan Avropa missiyasıdır.

Artıq Beynəlxal ekspertlər axtarışın qanunsuz olduğunu qeyd ediblər. Məsələ bundan ibarətdir ki, Dəniz Qanununa görə axtarış aparılmadan əvvəl, gəmi hansı dövlətin bayrağını daşıyırsa, həmin ölkənin rəsmi razılığı alınmalı idi.

0/Şərhlər

Previous Post Next Post