İkinci Qarabağ müharibəsində Azərbaycanın mülki vətəndaşları
Ermənistan silahlı qüvvələrinin zenit-raket hücumlarına məruz qaldığı artıq
dünyada da bilinən həqiqətdir.Belə bir hücum zamanı bütün yaxınlarını itirən balaca
Xədicənin də ürək ağrıdan hekayəsi var.
Türk Dünyasının fəxr duyduğu böyük insan və alim, Nobel
mükafatı laureatı Əziz Səncər balaca Xədicənin bütün təhsil xərclərini öz üzərinə
götürdüyünü açıqlayıb.Qeyd edib ki, mən Azərbaycan və Kərkük nəğmələri ilə
böyümüşəm.Məndən ötəri bir Azərbaycanlı uşaqla, bir Anadolu uşağı arasında heç
bir fərq yoxdur.Hər ikisi mənim üçün uşaqdır və Türkdür.Daha sonra məşhur alim əlavə
edib ki, harda olmasından aslı olmayaraq bütün türklərin qəlbi Azərbaycanla
birgə atır.Tanrı Azərbaycanı və prezident İlham Əliyevi qorusun!
Post a Comment