Bu gün özünü "Dağlıq Qarabağın lideri" kimi qələmə verən Araik Arutunyanın Ermənistan siyasi partiyalarına çağrışı olub.
A.Arutunyan "Stepanakert"də erməni
siyasilərinin məşvərət toplantısının keçirilməsini təklif edib. O, bu tədbirdə
erməni siyasi partiya və təşkilatlarının iştirakını istəyib.
Fikirimizcə, A.Arutunyan barədə Azərbaycan
Cinayət Məcəlləsinə görə cinayət işi açıldığından, bu caninin Xankəndinə qayıtması
yolverilməzdir. Erməni siyasi qurumlarının Xankəndində toplaşmaq niyəti isə atəşkəsi
pozmaq cəhdi kimi qiymətləndirilməlidir. Bu barədə zəmanətçı Rusiya dövlətinə məlumat
verilməlidir. İnanmaq
istərdik ki, qısa zamanda Rəsmi Bakı bu istiqamətdə
özünün sərt mövqeyini sərgiləyəcək.
Post a Comment