Топ-100 Binəli Yıldırım Bakıda hansı köməkdən danışdı?

Binəli Yıldırım Bakıda hansı köməkdən danışdı?

Devlet Bahçelidən prezidentə xüsusi hədiyyə...


Bu gün, noyabr ayının 2-də Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qardaş ölkənin nümayəndə heyətini qəbul edib.

Görüşdə cənab Binəli Yıldırım, 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəkdən, bu gündə Türkiyə xalqının Azərbaycanla eyni səfdə durmasından danışıb. O,  bu səfərin də Azərbaycana məhz dəstək məqsədi ilə edildiyini bildirib.

Binəli Yıldırım həmçinin, İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının göstərdiyi həssaslığa görə təşəkkür edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.


Daha sonra İlham Əliyevə MHP sədri Devlet Bahçelinin xüsusi, və Binəli Yıldırımın nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim edilib.



YAP-da görüş

Cənab Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovla da görüşü olub.


Bu görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binəli Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu da iştirak ediblər.

0/Şərhlər

Previous Post Next Post