"Говорит Москва" radiostansiyanın baş redaktoru bütün kartları açdı...
Noyabr ayının 14-də "Говорит Москва" radiostansiyasının baş redaktoru Roman Babayan mətbuat üzərindən Nikol Paşinyana suallar verib.
Əslində isə bunları sual yox, həqiqəti təsbit edən fakt kimi qəbul etmək lazımdır.
Həqiqət bundan ibarətdir ki, bu gün nəinki
Kreml, hətta Rusiyadakı diaspora ermənilərin Moskvaya bəslədiyi qəzəb və kin-küdurətə mane ola bilmir. Ona görə də son zamanlar hər kəs
bildiyi faktları ortalığa tökməyə başlayıb.
Babayanın
suallarından aydın olur ki, müharibənin elə ilk günlərindən Kreml sahədə olub. Babayandan
iqtibas gətiririk:
-Cənab
Paşinyan, müharibə başlayan kimi sizə təklif olunan kömək anındaca yerinə
yetirilməldimi?
Səmimi
deyin, nə qədər rus hərbi təyyarələri nəinki Ermənistanın hərbi aerodromlarına,
hətta mülki hava limanlarına enmədimi?
Bu müharibə boyunca, şəxsən siz nə istədinizsə, verilmədimi?
Axı müharibənin ilk günlərindən
Rusiya bütün vasitələrlə sizə köməkliyini göstərdi. Bu qədər anti-Rusiya əhval-ruhiyyəsinin
səbəbi nədir?-Babayan belə deyib.
Bizim
şərh: Hər kəsin bildiyi sirr, nəhayət ki, səsləndi- Azərbaycan Silahlı Qüvvələri
Rusiya ordusuna qarşı da döyüşürdü.
Eşq
olsun Azərbaycan ordusuna!
Post a Comment