Топ-100 CEO, yoxsa SEO ?

CEO, yoxsa SEO ?

Bu anlayışları başa düşmək üçün əvvəlcə sözlərin mənasını anlamaq lazımdır.Bildirmək istəyirik ki, bu anlayışlar arasındakı bəlkə də yeganə oxşarlıq onların hər ikisinin abreviatura olmasıdır.Ümumiyyətlə hər ikisinin arasında bənzərlik demək olar ki, yoxdur.

CEO-Yəni “Chief Executive Officer”.Tərcüməsi baş icarçı direktor deməkdir.Mənasından da anlamaq olur ki, söhbət vəzifədən və ya bir insanın hər hansı qurumdakı statusundan, vəzifəsindən gedir.Bəs, CEO nə edir? CEO iqtisadi termindir.Ümumi olaraq idarə heyətinin müəyyən etdiyi strategiyaya uyğun fəaliyyət göstərir.Şirkətin gələcək planlarını tərtib edən məhz bu şəxslərdir.Və mütəmadi idarə heyətinə raport verməlidirlər.CEO-lar qurumların kar etməsində böyük əhəmiyyət kəsb edirlər.

SEO-Axtarış Sistemi Optimallaşdırma deməkdir.SEO fəaliyyəti veb saytların axtarış sistemlərində daha yaxşı nəticə verməsi üçün göstərilən xidmətdir.SEO fəaliyyəti GOOGLE və digər axtarış sistemləri üzərində həyata keçirilir.Bu fəaliyyətdən sonra saytların performansında gözlə görünən artış baş verir.Sayt xəritəsi, Google Analytics və Google Console məhz SEO xidmətini gerçəkləşdirmək, daha yaxşı nəticələr əldə etmək üçün qurulmuş platformalardır.Bu barədə irəlidə daha ətraflı məlumat verəcəyik.Eləcə də ROBOTS.TXT nə olduğunu aydınlaşdıracağıq.

Məqalədən bu nəticəyə gəlmək olur ki, CEO və SEO tamami ilə fərqli anlayışlardır.


0/Şərhlər

Previous Post Next Post