Qaradəlik ulduzu spagetti kimi uzatdı
Avropalı alimlər Çilinin Atakama səhrasına yerləşdirdikləri
teleskop vasitəsi ilə maraqlı kəşfə imza atdılar.Belə ki, kainatı izləyən alimlər
indiyədək bilinən, amma ispatlanmayan bir hadisəyə şahidlik etdilər.215 milyon
işıq ili uzaqlıqda super böyük qaradəliyin orbitinə girən ulduzu əvvəlcə itələyərək
uzaqlaşdırdığını, ardınca özünə doğru dartıb uzadaraq paramparça etdiyini müşahidə
ediblər.Spagetti kimi dartılaraq uzanan və qaradəliyin içinə həbs olan ulduzun
məhv olduğunu demək mümkündür.Elə buna görə alimlər bu hadisəyə spagetti
effekti adını verdilər. Xatırladaq ki, bu hadisə indiyə qədər sadəcə teoriya
kimi danışılırdı, lakin ispatlanmamışdı.
Bu hadisədə bizim diqqətimizi çəkən bir məqam oldu.
Günəşin şüaları yer səthinə 8 dəqiqə ərzində çatır.Və yaxud demək olar ki, biz
səmaya baxdığımızda günəşin 8 dəqiqə əvvəlki görüntüsünü görürük.215 milyon işıq
ili uzaqlıqdakı ulduzun qaradəlik tərəfindən məhv olması anının illər əvvəl baş
verməsi, başqa sözlə müşahidəçilərin illər əvvəli müşahidə etməsi çox maraqlı və
tükürpərdən hadisədir.
Post a Comment