Fəaliyətimizin məntiqi vurğusunu vura bilirikmi?
Azərbaycan
Silahlı Qüvvələri müharibənin mühüm fazasına keçid edib və işğal altındakı
torpaqlarımızın azad olunmasını uğurla davam etdirir. Bəs, mövcud reallıqda
aidiyyatı qurumlar və mediamız fəaliyyətini necə qurmalıdır?
Sualın cavabı əslində çox sadədir. Bunun üçün Ermənistan
mediasına cüzi diqqət yetirmək kifayət edəcək.
Ermənilər cəbhədə ağır məğlubiyyətə uğrayır, elə buna
görə də düşmən mediasında yalançı qələbə xəbərlərinin ardı-arası kəsilmir. Bunun
isə çox sadə səbəbi var.
Belə feyk xəbərlərlə cəbhədə üstünlüyün onlarda
olduğunu göstərib, döyüş bölgəsinə muzdluları daha rahat cəlb etmək istəyirlər.Biz
isə Qarabağa gəlmək həvəsində olanlara başa salmalıyıq ki, onları burada cəhənnəm
gözləyir.Başqa sözlə, həvəslərini qursaqlarında boğmaq lazımdır.
Onların digər dezinformasiyası isə Azərbaycan SQ-ın guya
erməni mülki vətəndaşları hədəf almasıdır. Burada, şübhəsiz ki, birinci məqsəd
öz cinayətlərinin üstünü ört-basdır etməkdir.
Əsas məqsəd isə bizim hərbi-siyasi rəhbərliyimiz üzərində
beynəlxalq basqı yaratmaqdır. Beləcə də dünya ictimaiyyətinin vasitəsi ilə
ordumuzun döyüş meydanında irəliləməsinin qarşısını almaq istəyirlər.Buna görə
ermənilərin bu yalanları operativ şəkildə ifşa edilməlidir:
1. Rəsmilərimizin yayımladığı video və
faktları anında paylaşmaq;
2. Ermənistan rəsmilərinin bir-birinə zidd
təşkil edən bəyanları əsasında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq;
3.
Ermənilərin yayımladığı yalan video və fotoların mənbəyini müəyyən etmək.
Yəni erməni
xəbərlərinin yalan olduğunu anında bir neçə xarici dildə yayımlamalıyıq.
Yeri gəlmişkən,
hələ də anlamaq olmur ki, niyə indiyə kimi cəbhə xəbərləri bizim
televiziyalarda yalnız Azərbaycan dilində təqdim olunur. Halbuki ən azı 3-4 aparıcı
əcnəbi dildə xəbərlərlə və qısametrajlı analitik verlişlərlərlə efirə çıxmaq
lazımdır.Axı, nə vaxta qədər özümüz deyib, özümüz eşidəcik?!
Post a Comment