Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib ki, tanınmamış Dağlıq Qarabağa (ifadə Peskova aiddir-red.) Türkiyə sülhməramlılarının gətirilməsi sənəddə təsbit olunmayıb.
Daha sonra o, üç tərəf arasında belə bir razılaşmanın
olmadığını və Türk əsgərlərinin Qarabağa gətirilməyəcəyini deyib.
Mətbuat katibi sənəddə sadəcə monitorinq mərkəzinin
yaradılmasından bəhs olunduğunu qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev xalqa müraciətində Türkiyə sülhməramlılarının Qarabağa gətiriləcəyini
söyləmişdi.
Post a Comment