Топ-100 Döyüşlər Şuşa ətrafında gedir

Döyüşlər Şuşa ətrafında gedir


Erməniyanlı xəbərləri ilə tanınan hərbi müxbir Aleksandr Xarçenko Şuşada vəziyyətin gərgin olduğunu qeyd edir.

Xarçenkodan sitat:

-Yalan danışmayacağam, hazırda burada vəziyyət sadə deyil.

Əslində erməni yaraqlılarının aşırı yorğun olduğunu və psixoloji baxımdan xeyli aşındıqlarını bu videoçəkilişdə görməmək mümkün deyil. Bunu onların bədən dili açıq nümayiş etdirir.

Süjetdən həm də ermənilərin rezervlərinin mühüm hissəsini Şuşaya gətirdikləri aydın olur. Bununla belə vəziyyət yenə də ağırlığını qoruyub saxlayır.

Əsgərlərin psixoloji durumunu qorumağa çalışan erməni rəsmiləri Ohanyanın sağ olması barədə də xəbərlər yaymağa başlayıblar.

Erməni təbliğat maşını hər nə feyk xəbərlər yaysa da, həqiqət bundan ibarətdir ki, bu gün Azərbaycan ordusu artıq Xocalının 2 kəndini işğaldan azad edib. Azərbaycan Silahlı Qüvvələri Xocavəndin də 2 kəndini düşmən işğalından qurtarıb.

Bundan başqa, bu gün Fizulinin 6, Cəbrayılın 2, Qubadlının 3, Zəngilanın 1 kəndi düşmən tapdağından xilas edilib.


0/Şərhlər

Previous Post Next Post